58
Yaxın və Orta Şərq ölkələri İntibah dövrünü
ilk orta əsrlərdə yaşasalar da (IX - XII əsrlər), na-
xış sənətində üslub dəyişikliyi XI – XIII əsrlərdən
başlasa da, nəbati naxışların tam formalaşması
XVI – XVII əsrlərə təsadüf edir. Azərbaycanda
bu, ilk növbədə, əlyazma kitab qrafikasının və
miniatür sənətinin inkişafı ilə əlaqədar olmuş-
dur (2, səh. 22).
1910-cu ildə Münhendə keçirilən “İslam
incəsənəti” sərgisinin kataloqunda müəlliflərin
giriş sözü kitab qrafikasının həqiqətən də bütün
digər sənət növlərinin əsası olduğunu təsdiq
edir: “Kitab sənəti bütün Şərq incəsənətinin
mənbəyidir. Miniatürçülər, İtaliya İntibah
dövründəolduğukimi, sənətinbütünsahələrində
özlərini sınayırdılar. Onlar islam incəsənətinin
bir çox sahələri üzrə layihələr hazırlayırdılar.
Kitab sənətini dəqiq öyrənmədən Məhəmməd
Şərqinin incəsənətinin digər sahələrinə düzgün
yanaşmaq, onun tarixini müəyyənləşdirmək və
qiymətləndirmək mümkün deyildir” (3, səh.
221,222).
Azərbaycanda əlyazma kitablarının üzlərini
köçürən xəttatlar və bu kitablarda mətnin
məzmununa uyğun rəsmlər çəkən ən məşhur
və istedadlı nəqqaşlar – miniatür rəssamları
sarayın “kitabxana” adlanan emalatxanasın-
da çalışırdılar. Kitabların bədii tərtibatında
xüsusilə incə, nəbati naxışlar tətbiq edilirdi. Bu
naxışlarla kitabın üz qabığında səliqə ilə bitkin
kompozisiyalar yaradırdılar. Burada böyük öl-
çülü mərkəzi medalyon üz qabığının mətnini
formalaşdırırdı. Kənarları dilikli və yaxud çı-
xıntılı medalyonun aşağı və yuxarı hissəsi “qub-
ba” ilə tamamlanırdı. Əlyazmaların, əsasən də
“Quran”ın bədii tərtibatının lakonikliyi, kompo-
zisiyanı daha artıq ifadəli edən incə nəbati na-
xışları və rəng tərtibatı xüsusilə seçilirdi. Burada
daha çox sürməyi, qızılı – oxra, ağ rənglərdən
istifadə edilirdi. Kitabın üz qabığında “Quran”
ayələri də kətəbələr üzərində verilirdi. Bəzən
yazılar böyük medalyonun içərisində, yaxud
da ara sahənin boş sahələrində sərbəst şəkildə
yerləşdirilirdi. Sonra həmin medalyonun dörddə
bir hissəsi ara sahənin künclərində təkrar edi-
lirdi. Ara sahənin boş qalan mətni isə spirallar
üzərində yerləşdirilmiş incə, zərif çiçək naxışları
ilə bəzədilirdi. Həmin ara sahə, bir qayda olaraq,
haşiyə qurşağı ilə əhatələnirdi.
Saray rəssamları tədricən kitabın üz qabı-
ğında və miniatürlərdə tətbiq etdikləri naxış-
ları digər sənət sahələrində də istifadə etməyə
başladılar. Məsələn, Səfəvilər dövründə, yəni
XVI – XVII əsrlərdə həmin əlyazma kitabları-
nın bədii tərtibatındakı naxışlar xalçalara, me-
marlıqda kaşı bəzəklərinə, parçalara və s. kö-
çürülürdü. Qeyd etmək lazımdır ki, XVI – XVII
əsrlərin gül-çiçək üslubunun formalaşmasında
Təbriz xəttatlarının və miniatür rəssamlarının
böyük rolu olmuşdur (4, səh. 22-42). Bu baxım-
dan 1533-cü ildə Təbrizdə anadan olmuş və
bütün həyatını incəsənətə həsr etmiş Sadiq Bəy
Əfşarın “Qanun əs-süvər” adlı (rəssamlıq haq-
qında risalə) əsəri böyük əhəmiyyət kəsb edir.
Belə ki, XVI əsrdən bu günə qədər Azərbaycan
incəsənətinin müxtəlif sahələrində tətbiq edilən
nəbati naxışların adları həmin risalədə qeyd edil-
mişdir. Azərbaycanlı sənətşünas Adil Qazıyevin
fars dilindən rus dilinə tərcümə etdiyi risalənin
73-cü səhifəsində yer almış “Ornament növləri”
adlı bölmədə həmin naxışların sayının 7-dən
çox olmaması, lakin hər naxışın çoxlu formala-
ra malik olması şeirlə ifadə edilmişdir. Həmin
şeirdə Sadiq Bəy Əfşar “Xətai”, “Əbr”, “Vağ”,
“Nilufər”, “Firəngi” “Bəndi-Rumi” naxışlarının
olduğunu və bu naxışların hərəkətli, dalğavari
hələzunlarda yerləşən kompozisiya həllinin də
əsas olduğunu göstərir (5, səh.73-74).
Təəssüflər olsun ki, Sadiq bəy Əfşar öz döv-
rü üçün bütün miniatür rəssamlarının yaxşı ta-
nıdığı və öz əsərlərində kifayət qədər çox tətbiq
etdikləri nəbati naxışların rəsmlərini təqdim
etməmişdir.
Azərbaycanın görkəmli xalçaşünas alimi
Lətif Kərimov özünün “Azərbaycan xalçası” adlı
kitabının II cildində ilk dəfə Sadiq bəy Əfşarın
risaləsində adlarını sadaladığı həmin naxış-
ların qrafik rəsmlərini müxtəlif variantları ilə
bərabər təqdim etmiş, onların yaranma tarixini
də araşdırmışdır. Lətif Kərimov “Xalçalarda və
dekorativ-tətbiqi sənətin başqa növlərində tətbiq
edilən əsas kompozisiyalar” başlığı altında “İsli-
mi”, onun 6 forması, “Xətai”, - onun müxtəlif for-
maları, “Bəndi-rumi”, “Vağ-vağı”, “Əfşan”, “Bu-
lud”, “Başlıq”, “Kətəbə” naxışları və hələzunlar
haqqında geniş məlumat verir (6, səh. 71-109).
Həmin naxışların tarixi və formalarını daha
dərindən araşdıran tədqiqatçı K.Əliyeva “Təbriz
xalça məktəbi XVI - XVII əsrlər” adlı kitabında
nəbati naxışların orta əsr Təbriz xalılarında ge-
niş yayılmış nümunələrinin qrafik təsvirlərini
yerləşdirmişdir (7, səh. 53-79).
Bu məqalədə məqsədimiz L.Kərimovun və
K.Əliyevanın təsnifatını müxtəsər şəkildə təkrar­
lamaq, həmin naxışları türk sənətşünaslarının
təqdim etdikləri fərqli təsnifat və fərqli adlarla
qarşılaşdırmaqdır.
İlk növbədə, Azərbaycandakı orta əsrlərə aid
nəbati naxışlar haqqında məlumat verək.
1...,50,51,52,53,54,55,56,57,58,59 61,62,63,64,65,66,67,68,69,70,...148