45
ratmışdır. “Ziqzaq” da eynilə həmin dövrə aid ornamentdir. Belə ki, qədim zamanlarda insanlar şimşəyə, dağlara və s.
qüvvələrə səcdə etdikləri zamanlarda onları əbədiləşdirmək üçün gil qabların, qayaların üzərinə bu naxışı çəkmişlər.
Bakı xalçasının ara sahəsinə bəzən xovsuz xalçalarda rast gəlinir. Xalçanın ara sahəsində diaqonal, üfüqi və şaquli
istiqamətdə “buta” naxışının həndəsiləşdirilmiş təsvir formaları toxunub. Baş və ətək hissəsində bir-birinə əks istiqamətdə
çıxıntıları olan “buta” ornamenti bir cərgə qırmızı, sonra sürməyi tonlarla toxunub. Ara sahənin sarı rəngli yerliyi üzərindəki
xırda məsamələrdə kvadrat və ondan xaçabənzər “svastika” elementinin ən ibtidai forması toxunmuşdur. Xaçabənzər svas­
tika nişanı – hava, od, torpaq, su ünsürlərinin vəhdəti, dördbucaq – dünyanın dörd qütbü, romb isə bərəkət, artım rəmzidir.
Bu xalça üzərində bütün detallar xırdalıqlarına qədər dəqiq toxunmuşlar. Xalça kompozisiya baxımından çox orijinaldır.
Nadir rast gəlinən nümunələrdən sayıla bilər.
Xalça. Yun. Xovlu. 255x100. XX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,37,38,39,40,41,42,43,44,45,46 48,49,50,51,52,53,54,55,56,57,...76