38
Xalçanın toxunma texnikası türkbafdır.
Ara sahə və haşiyə zolağından ibarətdir.
Haşiyəni altı ədəd zolaq təşkil edir. Onla­
rın içərisində təkrarlanan zolaqlar həzin
göy rəngli yerliyi olan bir cüt içərisində
mixək çiçəkləri toxunmuş zolaqlardır.
Digər yelən zolaqları isə həndəsi və nə­
bati naxışlarla bəzənmişdir. Ana haşiyə
həndəsi formalı mücərrəd elementin iç-içə
tərtibi nəticəsində toxunub.
“Novxanı” xalçasının ara sahəsi üç ədəd
qırmızı rəngli, içərisində on iki gülün, da­
rağın və yenə də mavi yerlikli altıbucaqlı
gölün toxunduğu altıbucaqlı romb formalı
medalyondan ibarətdir.
Azərbaycan xalçalarının əksər nümu­
nələrində naxışlar gizli semantik məna
daşıyırlar. “Novxanı” xalçası da bu qəbil­
dəndir. Onun üzərində tək Allah, onun
ətrafında on iki imamın bu cür şərtiliklərlə
təsvir edildiyi ehtimal edilə bilər. Xalçanın
islam fəlsəfəsi ilə bağlı olduğu göllərin
daxilində adətən canamaz üçün nəzərdə
tutulan daraq təsvirlərinin toxunmasın­
dan da aydın olur. Bu daraqlar mənəvi
paklığa işarədir. Çox zaman “namazlıq”
xalçalarında da onlardan istifadə edi­
lir. Xalçanın ara sahəsini büsbütün əhatə
edən digər elementlər də vardır. Onlar
gül­lər, səkkizbucaqlı ulduzlar, üçləçəkli
yarpaqlar, buta təsvirləridir. Bu naxışla­
rın hər biri bəşəri məzmun daşıyırlar.
Üçləçəkli yarpaq həyat ağacının ən ibtidai
forması kimi qədim dövrlərdə belə sənət
nümunələri üzərində təsvir edilmişlər. Çi­
çəklər xoşbəxtlik, sevgi, Tanrı qarşısında
səc­də xarakteri daşıyır. Səkkizbucaqlı ul­
duzlar yerin yaranma nöqtəsinə işarədir.
Bütün bu naxışlar böyük tarixə və fəlsəfi
anlama malikdirlər. Onlar xalçada toxun­
mazdan əvvəl digər sənət nümunələri
üzə­rində cilalanmışlar.
“Buta” elementinə isə folklorda çox rast
gəlmək olar. O gah nişangah, gah müjdə
verən bir atribut kimi təqdim edilir. Lakin
təsviri sənətdə “buta”nın öz yozumu var.
“Buta” elementinin əsasını nəbati forma
təşkil edir. Bu səbəbdən də onun təsviri
sə­­nətdə doxsanadək müxtəlif forması
möv­­cuddur. Daha sonralar isə “buta” od,
alov
­
la bağlı atəşpərəstliyin simvolu kimi
qə­bul edilib.
1...,30,31,32,33,34,35,36,37,38,39 41,42,43,44,45,46,47,48,49,50,...76