48
Bu xalça “Suraxanı” çeşnisi əsasında
Abşeronun Goradil kəndində toxunmuş­
dur. Xalçanın toxunma texnikası türkbaf­
dır.
“Suraxanı” xalçası ara sahə və haşiyədən
ibarətdir. Xalçanı daha baxımlı edən cəhət
onun haşiyə zolaqlarının zəngin tərtibatda
olmasıdır. Yelən yeddi cərgədən ibarətdir.
Bu cərgələrin bəziləri simmetrik olaraq
tək­rarlanırlar. Onların daxilində toxun­
muş əsas bəzək elementləri nəbati və
hən­dəsi formalıdırlar. Ən əlvan haşiyə
zo­lağı tə­bii ki, “tirmə” şal parçalardan
örnək ki­mi istifadə edilmiş dekordur. Di­
aqonal şə­kil­də ağ və qırmızı zolaqlarla to­
xunmuş bu sahə üzərində kiçik “buta”lar
yer­ləşdirilmişdir. “Suraxanı” xalçasının
ha­­şiyəsində toxunan “tirmə” şal modeli
Hin­distan, İran və digər ölkələrdən bura­
ya gələn zəvvarların özləri ilə gətirdiklə­
ri parçaların bədii tərtibatından götürül­
müşdür.
“Suraxanı” xalçasının ara sahəsi sürməyi
rəngdədir. Bu sahə üzərində dörd ədəd
səkkizbucaqlı, ətrafları dilikli iri göllər
toxunub. Göllərin içərisində mavi və qır­
mızı rəng çalarından istifadə edilmişdir.
Bütün köməkçi və doldurucu elementlər
çiçəklərdən ibarətdir. Ətək tərəfə yaxın
sahədə romblar toxunmuşdur və xalçanın
baş hissəsində bir cüt simmetrik, başları
taclı quşlar təsvir olunmuşdur.
Bu bədii tərtibatdakı bütün naxışlar po­
zitiv məna daşıyır. Belə ki, onların hər bi­
rinin böyük tarixi, semantikası və genetik
əsasları vardır. Güllər cənnətin nişanəsi,
romb əbədi artım, məhsuldarlıq simvolu­
dur. Quşlar isə müqəddəs sayılırlar. Onlar
mistik dünyanın təmsilçiləridir. İnsanların
qəlbinin – ruhunun yalnız quş şəklində o
biri dünyaya daşınması haqqında çoxlu
əfsanələr belə vardır. Bu baxımdan hər za­
man xalça üzərində mifoloji quşlara rast
gə­linir.
1...,40,41,42,43,44,45,46,47,48,49 51,52,53,54,55,56,57,58,59,60,...76