47
Xalçanın ara sahəsi isə çox müstəqildir. Tünd rəngli ara sahə üzərində kiçik kvadrat formalı “tirmə”yə bənzər naxışlarla
bəzədilmiş elementlər beş dəfə cüt olaraq toxunmuşdur. Onların arasında isə qubbaya bənzər kiçik elementlər, romblar,
zoomorf naxışlar toxunmuşdur. Bu kompozisiyanı sonsuzadək davam etmək mümkündür. Xalça çox nadir bədii üslubda
toxunub.
Xalçanın rəng çalarlarını bir möcüzə adlandırmaq olar. Bu alabəzək naxışlar sanki qala divarına düzülmüş kaşılara
bənzəyir. Mavi, sarı, qırmızı, şəkəri rənglər öz növbəsində sakit harmoniya yaradır.
Xalça. “Fatmayı”. Yun. Xovlu. 303x155. XIX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,39,40,41,42,43,44,45,46,47,48 50,51,52,53,54,55,56,57,58,59,...76