54
Toxunma texnikası türkbafdır .
Xalça haşiyə zolağı və ara sahədən iba­
rətdir. Haşiyə dörd zolaqdan ibarətdir.
On­lardan ikisi hörük formasındadır, sim­
metrik toxunmuşdur. İç haşiyə zolağı
“ziq­zaq” adlanan naxışla toxunmuşdur.
“Ziq­­zaq” çox qədim tarixə malikdir. Hət­
ta bu naxış keçmişlərdə əcdadlarımız tərə­
fin­dən qayalar, gil qablar üzərində həkk
edilmişdir. “Ziqzaq” təbiət qüvvələrinə
sitayiş edildiyi bir dövrün günümüzədək
çatmış nümunəsidir. Xalçanın haşiyə zo­
la­ğının ana yelən hissəsi “kufi” naxış şək­
lində toxunub. “Kufi” İslam dininin qəbul
edilməsindən sonra Qurandan alınmış bə­
zi surələrin xalça üzərinə köçürülmüş sxe­
matik formasıdır, sonralar isə o, dekorativ
şəklə düşmüşdür.
Xalçanın ara sahəsi qəhvəyi rəngdə olub,
onun üzərində üç ədəd romb formalı göl
toxunmuşdur. Bu göllərdən ətrafa dilim­
lər şəklində səpələnən zolaqlar toxunub.
Göllərin içərisi qırmızı rəngdədir. Xalça
üzə­rindəki göllər günəşin simvolu sayılar­
sa, onda göllərdən kənara yayılan zolaq­
lar günəşin insanlara paylanan şö­lələri
ki­mi qəbul edilə bilər. Günəş də toxucu
tə­rəfindən öz rəngində - al rəng çalarında
to­xunmuşdur. Xalçanın yerliyində isə iri­
li-xırdalı “S” işarəsi, romb, ətrafları pil­ləli
for­malı damğalar çox ustalıqla toxunub.
Hər elementin öz mənası vardır. Bun­ların
ha­­mısı bəşəri məziyyətlərlə bağlı məna
kəsb edirlər.
1...,46,47,48,49,50,51,52,53,54,55 57,58,59,60,61,62,63,64,65,66,...76