46
“Fatmayı” xalçasının bu çeşnisi çox nadir toxunan nümunələrdəndir. Xalçanın toxunma texnikası türkbafdır.
“Fatmayı” xalçası Abşeronun ən klassik bədii ənənələrini, texnoloji xüsusiyyətlərini özündə yaşadır. Xalça yüksək sıxlıqlı
olduğundan bütün naxışlar ilmələrdə dəqiqliyi ilə əks edilib.
“Fatmayı” xalçası ara sahə və haşiyə zolağından ibarətdir. Haşiyə beş zolağın toxunması ilə yaranıb. Bunlardan iki cüt
simmetrik toxunmuş mədaxillərin mərkəzində çox maraqlı naxışlar cərgə ilə yerləşdirilib. Ana haşiyə zolağını bəzəyən
bu element Səlcuq dönəminin xalçalarda qalan ən parlaq nümunəsidir. O, qarmaqlı ətrafları və özəl toxunuş tərzi ilə XII
əsr Səlcuq dövrünün sənətimizdə qoyduğu dəyərli izlərdəndir. Belə naxışlı xalçalar hazırda Konya şəhərindəki Türkiyə
arxeoloji muzeyində qorunub saxlanılır. Bu baxımdan da “Fatmayı” xalçası daş salnamə adlandırıla bilər. Hər dövrün, hər
mədəniyyətin izləri xalça üzərində qorunub saxlanmaqdadır.
1...,38,39,40,41,42,43,44,45,46,47 49,50,51,52,53,54,55,56,57,58,...76