43
“Fatmayı” xalçası çox orijinaldır, rəng həlli, ölçüləri tam tənasübdür. Bədii baxımdan dolğundur. Ara sahəninmərkəzində
iki ədəd simmetrik “islimi” elementi stilizə edilmiş halda toxunub. Bundan əlavə, çoxlu sayda quşlar, səkkizbucaqlı ulduz­
lar, romblar, içərisi xallı butalar da toxunmuşdur. Hər naxışın öz tarixi, mənası və mahiyyəti vardır. Svastika – su, od, tor­
paq, havanın vəhdəti sayılır ki, bu da ümumbəşəri ideyalardan irəli gəlir. Buta – odun, alovun yanan dilimlərini xatırladır,
quş isə mistik dünyanın elçisidir. O, insanlarla mistik dünya arasında əlaqə yaradan obrazdır. Səkkizguşəli ulduz dünyanın
yaranma nöqtəsi hesab edilir.
Xalça. “Fatmayı”. Yun. Xovlu. 382x190. XIX əsrin əvvəli.
Bakı qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / BAKI QRUPU
1...,35,36,37,38,39,40,41,42,43,44 46,47,48,49,50,51,52,53,54,55,...76