50
Xalçanın toxunma üsulu türkbafdır.
“Fındığan” xalçası qeyri adi quruluşa
ma­likdir. O, ara sahə və haşiyə zolağından
iba­rətdir. Altı ədəd zolaq xalçanın yelənini
təşkil edir. Onların hamısı həndəsi üslub­
da toxunub. Zolaqları bir-birindən “ala­
mun­cuq” lar ayırır.
Xalçanın ara sahəsi sürməyi yerliklidir.
Mərkəzdə iki ədəd həndəsi formalı altı­
bucaqlı göl toxunub. Bu gölün içərisində
isə daha iki ədəd iç-içə prinsipi üzrə göl­
lər toxunub. Toxucunun böyük məharəti
nə­ti­cəsində bütün elementlər detallara
qə­dər çox dəqiq toxunublar. Göllərin baş
və ətək hissələrində altıbudaqlı ağac təs­
virləri toxunub. Xalçanın mərkəzində yer­
ləşdirilmiş bu gölləri bəzən xalq arasın­da
“manqal” adlandırırlar. Ola bilsin ki, bu
xalça “namazlıq” məqsədi ilə toxunub.
Onun ölçüləri buna tam imkan verir. Xal­
çanın göllərinin ətrafında zoomorf təs­
vir­lər var. Xalça üzərində olan naxışların
ək­səri müqəddəs mahiyyət daşıyırlar. İki
qoşa romb təsvirinin ətrafları qarmaqlarla
bəzədilib. Bu rombların içərisində isə ki­
çik ölçüdə müsbət işarələri çox səliqə ilə
toxunmuşdur. Bu növ romb-şumlanmış
əkin sahəsini bildirir. Ağac - əbədi həyat
simvoludur. Qarmaqlar – öncə arxaik eti­
qadlardan irəli gələn mistik məna kəsb
etmiş, daha sonra oğuz damğalarının sim­
voluna çevrilmiş, heraldikləşmişdir. Sək­
kizguşəli ulduz isə yer kürəsinin yarandığı
nöqtənin nişangahı kimi qəbul edilmiş­dir.
1...,42,43,44,45,46,47,48,49,50,51 53,54,55,56,57,58,59,60,61,62,...76