52
Xalça ara sahə və haşiyə zolağından ibarətdir.
“Suraxanı” xalçasının haşiyə zolağı üç hissədən
ibarətdir. Onlar nəbati və həndəsi motivlərdən
(hörük, ziqzaq və güldən) təşkil olunmuşdur.
Sürməyi rəngli ara sahə də öz növbəsində üç
göldən ibarətdir. Bu göllərin kənarlarından
ətrafa dilimlər halında çıxıntılar toxunub. Xal­
çada “S” işarəsi, “svastika” kimi naxışlar to­xun­
muşdur. Toxunan hər naxışın zəngin tarixi var.
Bu tarixlə yanaşı, onların hər birinin də qədim
etiqad, inamlarla bağlı məzmunu vardır. Belə
ki, “S” işarəsi – suyu, paklığı təmsil edir. Bəzən
o, əjdaha motivinin dəyişik variantı kimi
qəbul edilir. Hər iki şəkildə onun mahiyyəti
dəyişmir. Təmizlik, mühafizəkarlıq məzmunu
kəsb edir. “Svastika” – həyatın dörd ünsürü:
su, od, torpaq və havanın vəhdəti kimi qəbul
edi­­lir. Türk xalqlarının dekorativ sənətində ən
qə­dim motivlərdən biri sayılır. Romb - əbədi
artım, bolluq, yaranış deməkdir. Məhz bu na­
xışlar xalçanın mənəvi dəyərini artırır. Onun
soy-kökümüzlə bağlılığını sübut edir.
“Suraxanı” xalçası öz rəng həlli ilə də Abşero­
nun təbiətini özündə canlandırır. Qəhvəyi rəng
kəhraba rəngli qumun, göy rəng isə Xəzərin
mavi rənginin xalça üzərində təcəssümüdür.
1...,44,45,46,47,48,49,50,51,52,53 55,56,57,58,59,60,61,62,63,64,...76