40
“Fatmayı” xalçası Abşeronun tanınmış çeşnilərindəndir. Toxunduğu kəndin adını daşıyır. Toxunma texnikası türkbafdır.
Xalçada Abşeron xalça ənənələri nəinki toxunma texnikası və bədii quruluşda, hətta rəng həllində də özünü qoruyub
saxlayıb. Xalçanın bədii quruluşu klassikdir. O, üç cərgədən ibarət olan haşiyə zolağından və ara sahədən ibarətdir. Haşiyə
zolağındakı iki mədaxilin simmetrik olaraq naxışları təkrarlanır. Bütün haşiyə zolaqları stilizə edilmiş həndəsi formalı
motivlərdən ibarətdirlər.
“Fatmayı” xalçasının ara sahəsinin yerliyi sürməyi rəngdədir. Mərkəz hissədə rənglərin dəyişdiyi yerdə əbrəş hiss edilir.
Xalça üç ədəd sürməyi yerlikli göldən ibarətdir. Göllərin sürməyi yerliyinin içərisində də iç-içə iki ədəd həndəsi formalı
xonça toxunmuşdur. Xalçanın əsas göl naxışlarının ətrafı qarmaqlarla əhatə edilmişdir. Xalçanın ara sahəsi başdan-başa
qırmızı və şəkəri konturlarla toxunmuş butalarla bəzənmişdir. ”Buta”lar təkbaşlı və haçalanan başlar şəklində toxunublar.
1...,32,33,34,35,36,37,38,39,40,41 43,44,45,46,47,48,49,50,51,52,...76