20
Азербайджанские ковры - КАРАБАХСКАЯ ГРУППА
etdirməyə cəhd gösərir, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzalarında
azərbaycanlılara qarşı qırğınlar törədirdilər. Ermənilərin bolşevik Rusiyasının
sifarişi ilə Qarabağda apardığı separatçı və işğalçı müharibə Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi qüvvəsini daim həmin regiona cəlb edirdi ki, bu da döv-
lətin şimal sərhədlərinin müdafiəsi işinə ağır zərbə vururdu.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən
sonra, mayın birinci yarısında Şuşa, Cəbrayıl, Cavanşir qəzalarında sovet
hakimiyyəti quruldu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
elan edildikdən sonra, bolşevik Rusiyasının bilavasitə köməyi və iştirakı ilə
Zəngəzurun böyük bir hissəsi ermənilərə verildi, nəticədə, Naxçıvanla Azər-
baycanın digər torpaqları bir-birindən ayrı salındı.
1923-cü il iyulun 7-də Qarabağın dağlıq hissəsində Dağlıq Qarabağ Muxtar
Vilayətinin (DQMV) yaradılması ilə gələcək erməni separatçılığının əsası qo-
yuldu. Bununla yanaşı, Ermənistan SSR hökuməti də Dağlıq Qarabağa olan
iddialarını davam etdirdi. 1920-30-cu illərdə istədiklərinə nail ola bilməyən ermə-
nilər 1941-1945-ci illər müharibəsindən sonra yenidən fəallaşdılar. Ermənistan
K(b)P MK katibi Q.Arutyunov 1945-ci ilin noyabrında Stalinə müraciət edərək,
Azərbaycan SSR-in DQMV-nin Qarabağ vilayəti kimi Ermənistan SSR-in tərki-
binə daxil edilməsi haqqında məsələ qaldırdı. Həmin müraciətin mətni ÜİK(b)P
MK katibi G.M.Malenkov tərəfindən təklif üçün Azərbaycan K(b)P MK katibi
M.C.Bağırova göndərildi. Bağırovun 1945-ci il 10 dekabr tarixli cavab mək-
tubunda təkzibolunmaz faktlar əsasında sübut edilirdi ki, «Dağlıq Qarabağ Mux-
tar Vilayəti ərazi cəhətdən heç vaxt Ermənistan SSR-ə bitişik olmamışdır və
hazırda da bitişik deyildir». Bu və digər inkaredilməz faktlardan sonra Er-
mənistan SSR-in iddiası baş tutmadı.
Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan 1980-ci il-
lərin sonlarında, yaranmış əlverişli şəraitdən istifadə edib, faktik olaraq
müharibəyə başladı. Rusiya hərbi qüvvələrinin köməyilə 1992-ci ilin fevralında
Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi, daha sonra Dağlıq
Qarabağla birgə onun ətrafındakı 7 rayon (respublika ərazisinin 20%-i) işğal
olundu, bir milyona yaxın azərbaycanlı dədə-baba yurdundan didərgin salındı.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistanın işğal et-
diyi torpaqları azad etməsinə dair 4 qətnamə (822, 853, 874 və 884 saylı)
qəbul etsə də, Ermənistan onları yerinə yetirməkdən boyun qaçırdı.
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 20
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...274