Azərbaycan Respublikası işğal olunmuş torpaqlarının azad edilməsi, dövlətin
ərazi bütövlüyünün bərpa olunması, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə və ədalətli həll edilməsi üçün dönmədən fəal siyasət
yeridir (Xəritə
5).
Qarabağ keçmiş zamanlardan etibarən Azərbaycanın əsas iqtisadi və mədə-
niyyət mərkəzlərindən biri olub. Burada qədim və orta əsrlərdə Azərbaycanın
Bərdə, Beyləqan və b. kimi şəhərləri təşəkkül tapıb. Bərdə şəhəri Albaniyanın
paytaxtı kimi böyük iqtisadi funksiyanı da həyata keçirib. Yeni dövrdə Şuşa şəhəri
yüksək inkişaf mərhələsinə çatıb. Qarabağ dünyanın əsas ticarət mərkəzləri ilə
əlaqələrə malik olub, burada istehsal olunan sənətkarlıq məhsulları həmin mərkə-
zlərə göndərilib. Qarabağ, nəinki Azərbaycan, eləcə də bəşər sivilizasiyasına lay-
iqli töhfələr bəxş edib, dünya musiqisinin nadir incilərindən olan muğamın
inkişafına böyük təkan verib.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın ən mühüm özəllik-
lərindən biri də özünəməxsus xalçaçılıq məktəbinin formalaşmasındadır.
Kərim Şükürov
tarix elmləri doktor
Xəritə №5:
Azərbaycan Respublikası siyasi-inzibati xəritəsi
21
Azərbaycan xalçaları - QARABAĞQRUPU
KITAP.QXP:qarabaq_mekteb 12/15/10 12:40 PM Page 21
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...274