107
Xalçada Yusif peyğəmbər haqqında məşhur dastanın təsviri verilmişdir. Süjetlər olduqca zəngin və dinamik tərzdə çatdı-
rılır. Hadisələrin təsviri, iştirakçılar xüsusi dəqiqliklə verilmişdir. Xalçanın gözəlliyini artırmaq, süjetdə verilən dinamikanı
qorumaq üçün ana haşiyədə ov səhnələri təkrarlanan ardıcıllıqla verilmişdir. Toxucuların incə işi nəticəsində təsvir olunan
çoxlu sayda insanların simaları dəqiqliklə, obrazlı şəkildə işlənmişdir. Dini mövzunun bədii həllində istifadə olunan rənglər
əsas fikrin çatdırılmasına xidmət edir.
Aşağı hissədəki səhnədə Yusifin uşaqlığı, atası Yaqub, bir
doğma qardaşı Benyamin, doqquz ögey qardaşları təsvir edi-
lib. Yusifin başının dövrəsində yanan işıq təsvir edilib ki, bu
işıq da peyğəmbərlik nişanəsidir. Yaqubda da o nişanə var.
Burada Yaqub Yusifin əlindən tutub, onu digər oğullarına
göstərərək, Yusifin ondan sonra peyğəmbər olacağını elan
edir. Şəkildə təsvir edilən binalar, ağaclar, bütün məkan­
lar hadisələrin Kənan ərazisində (ölkəsində) baş verdiyini
göstərir.
Mərkəzdəki təsvirdə qardaşları Yaqubdan Yusifi gəz­dir­
mək bəhanəsi ilə alıb səhraya aparırlar. Doğma qardaşı Ben­
yamindən başqa, ögey qardaşlarının doqquzu Yusifi səhraya
gətirib quyuya atırlar. Xalçanın kənarlarındakı şe­irlərdə də
qeyd edilibdir ki, karvan gələcək, Yusifi bu quyudan xilas
edəndən sonra aparıb hakimə satacaq.
Yuxarı səhnədəki təsvirdə Yusifin Misir ölkəsinə vəzir təyin
olunduğu göstərilir. Əvvəlcə Misirdə nökər kimi hakimə sa-
tılan Yusif çay daşıyır. Züleyxaya çay apararkən o, Yusifi gö-
rüb aşiq olur. Züleyxanın Yusifə aşiq olmasından xəbər tutan
Misir hakimi onu zindana saldırır. Misirin hakimi dünyasını
dəyişəndən sonra onun yerinə hakimiyyətə oğlu IV Amin
Hotəm gəlir. Yeni hakim bir gecə yatıb yuxuda 7 kök və 7 arıq
inəyin Nil çayında su içdiyini görür. Bu yuxu onu çox narahat
edir, onun yozumunu bilmək istəyir. Xeyli adam bu yuxunu
yozsa da, hakim onlarla razılaşmır. Hökmdarın yaxın adamla-
rından biri ona Yusifi məsləhət görür; deyir ki, zindanda Yusif
adlı bir oğlan var, o, yuxunu yoza bilər. Onu hakimin yanına
gətirirlər. Yusif yuxunu belə yozur:
7 kök inək bolluğun rəmzidir, 7 il ölkədə bolluq olacaq. 7
arıq inək isə aclığı göstərir, 7 il quraqlıq, aclıq olacaq. Onun bu
ağıllı yozumundan sonra hökmdar Yusifi özünə vəliəhd təyin
edir. O da 7 il ərzində ölkənin hər yerində anbarlar tikdirir,
içini buğda ilə doldurur ki, aclıq illərində ölkə ac qalmasın.
7 il bolluqdan sonra 7 il aclıq olur. Bu aclıq Kənan ölkəsində
də baş verir. Ondan sonra Həzrəti Yaqubun oğlanları eşitdi
ki, Misirdə buğda anbarları tikilib, aclıq dövrü üçün tədarük
görüblər. Bunu eşidib, onlar Misirə yola düşdülər ki, oradan
1...,97,98,99,100,101,102,103,104,105,106 108,109,110,111,112,113,114,115,116,117,...362