239
Xalçanın ara sahəsinin yuxarı və aşağı künclərində “buta” motivləri təsvir edilmişdir. Künclərdəki “buta” motivləri maili
istiqamətdə düzülmüşdür.
Sürməyi yerlikli ana haşiyədə ağ, çəhrayı, mavi, göy, sürməyi, qəhvəyi rəngli həndəsi və nəbati elementlər bir-birini əvəz
edərək işlənmişdir.
Çəhrayı yerlikli bala haşiyələr ağ, sürməyi, qırmızı, qəhvəyi rəngli altıləçəkli zəncirvari formada düzülmüş güllərlə, ağ
yerlikli bala haşiyələr isə sarı, çəhrayı, qırmızı, qəhvəyi, göy rəngli “toyuqayağı” və “romb” elementləri ilə bəzədilmişdir.
Ana və bala haşiyələr arasında göy rəngli “su”lar vardır.
Xalça çox zəngin rəng çalarlarına malikdir. Sürməyi, qırmızı, ağ rənglər xalçada istifadə olunan əsas rənglərdir. Sürməyi
rəngin fonunda ağ, qırmızı və mavi rənglərdən istifadə olunması xalçada bəzəklərin daha dolğun ifadə edilməsinə şərait
yaratmışdır.
Xalçanın xovu, əriş və arğacı yundur. Saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi əhəmiyyətə malikdir.
1...,229,230,231,232,233,234,235,236,237,238 240,241,242,243,244,245,246,247,248,249,...362