“Leyli və Məcnun” süjeti əsasında tərtib olunmuş xalçalar klassik xal-
çaçılığın yüksək ənənələrinin təsdiqi, miniatür təsviri sə­nətin möh­təşəm
nümunələridir. Bədii miniatürlərlə tərtib edilmiş süjetlərdən istifadə
edən miniatürçü-rəssamlar miniatür təsviri sənətinin təsiri altında bədii
ideyaları əks etdirdikləri xalq sənəti arasında tarazlıq, həmahənglik ta-
pıb, nadir xalça nümunələri yaratmışlar. Nizami poemasının və Fü-
zulinin əsərinin motivləri müxtəlif dövrlərdə müxtəlif istiqamətlərdə
dəyişərək, Azərbaycan və İran xalça sənətində öz əsas ənənələrini indi
də saxlamış spesifik bədii təzahürlərdəndir.
Xalça süjetli-tematik kompozisiya əsasında toxunub. Süjetli-tema-
tik təsvirlər Azərbaycan incəsənətinin formalaşdığı və inkişaf etdiyi
bir dövrdə meydana çıxmışdır. Bu süjetlərə ayin və ritual tipli, ov və
müharibə səhnələri, əyləncə mövzuları və ədəbi əsərlərdən götürül-
müş süjetlər daxildir. Bu tipli xalçalar Təbriz ustaları tərəfindən yüksək
peşəkarlıqla tərtib edilmiş və hər kəsi düşündürən məzmunlu xalçalar
toxunmuşdur.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissələrindən ibarətdir. Ara
sahənin əsas mövzusu miniatür üslubda işlənmiş “Məcnun səhrada” sü-
jetidir. Xalçadakı təsvirlər böyük ustadların əsərlərindən, miniatürlərdən
götürülmüş süjetlərdir. Bu tipli xalçalar Şah İsmayıl Xətai dövründən bəri
silsilə şəklində toxunur. Hal-hazırda Leyli və Məcnun kompozisiyalı xal-
çalar Təbriz, İsfahan, Kaşan və Qum şəhərlərində toxunur. Təbrizdə bu
kompozisiya ilə toxunan xalçalar xüsusilə məşhurdur və digər şəhərlərə
nisbətən daha çox toxunur.
Xalça eşq-məhəbbət mövzusundadır. Xalçanın ara sahəsində iki sevən
insanın və onların əhatəsində müxtəlif heyvanların, quşların və nəbati
elementlərin təsvirləri verilib. Ara sahəninmərkəzində, sağ hissədə Leyli-
nin eşqindən xəstə düşənMəcnun sevgilisinin dizləri üstündə təsvir edil-
mişdir. Ara sahənin yuxarı hissəsində Leylinin simasında günəş təsviri
verilib. Məcnun Leyli ilə görüşə bilməyəndə onun simasını günəşdə gö-
rürdü. Bu səhnə öz əksini xalçada tapmışdır.
Xalçada təsvir edilmiş sərv ağacı şadlığın, həyatın, dözümlülüyün,
Məcnun isə kədərin, iztirabın simvoludur.
Xalçanın ara sahəsinin mərkəzində və yuxarı hissədəki şir təsvirləri
güc-qüdrət, tovuzquşu gözəllik, dəvə isə səbirə işarədir. Xalçanın ara
sahəsindəki bəbir, dovşan, ceyran, meymun, insan, ağaca sarılmış ilan və
müxtəlif bitki motivləri forma və tənasüblərin zərgəranə dəqiqliyi, naxış-
ların və kolorit həllinin incəliyi ilə seçilir.
Xalçanın mavi yerlikli ana haşiyəsi məhəbbət rəmzi sayılan qoşa quş,
stilləşmişcüyür, dörd, beş, altı, onbirləçəkli gül vəçiçəklərləbəzədilmişdir.
Gül-çiçək və yarpaq motivləri dalğavari budaqlarda işlənmişdir. Ana
haşiyə hər iki tərəfdən “anagül” və yarpaqlarla bəzədilmiş kərpici yerlikli
bala haşiyələrlə əhatə olunub. Bala haşiyələrin kənarları açıq-qəhvəyi və
şəkəri rəngli “su”larla tamamlanır. Kənar bala haşiyə xaricdən kərpiciyə
çalan qırmızı və mavi rəngli “mollabaşı”larla əhatə olunub.
Xalçada çox zəngin rəng çalarlarından istifadə edilmişdir. Təbriz xalça-
ları üçün xarakterik olan rənglər bu xalçada özünəməxsus ahən­g­darlıqla
işlənmişdir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti tam­
dır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
241
1...,231,232,233,234,235,236,237,238,239,240 242,243,244,245,246,247,248,249,250,251,...362