246
Xalça. “Balıq”. Yun. Xovlu. 391x95. 1900-cü il. Təbriz qrupu. Azərbaycan.
Bu mürəkkəb “balıq” kompozisiyasının toxunmasında bölgənin
xalçaçılıq ənənəsi maraqlı və təkrarsız çalarlar yaratmışdır. Açıq
axarda tünd rəngli naxışların verilməsi gözəçarpan kontrast ya-
ratmaqla bərabər, fərqli bir üslubun göstəricisi kimi də çıxış edir.
Olduqca keyfiyyətli iplərdən toxunan bu tip xalçaların xovu qısa
olur. İplərin rənglənməsində istifadə olunan su boyaların rəng ça-
larına güclü təsir edir.
“Balıq“ adlandırılan bu xalça Təbriz qrupunun mürəkkəb kom-
pozisiyalı xalçaları sırasına daxildir.
Xalçanın bədii quruluşu ara sahədən və haşiyə hissəsindən
ibarətdir.
Şəkəri yerlikli ara sahədə şaquli istiqamətdə kiçik ölçülü romb
və onun mərkəzində səkkizləçəkli gül, ətrafında isə sarı, açıq-
qəhvəyi, sürməyi, göy, mavi, yaşıl rəngli dördləçəkli, altıləçəkli,
səkkizləçəkli güllər, stilizə olunmuş “balıq”, kiçik yarpaqlar və
bu elementləri bir-biri ilə bağlayan incə xətlər təsvir edilmişdir.
Şaquli istiqamətdə düzülmüş rombşəkilli elementlərdən ikisi
sürməyi, beşi isə açıq-qırmızı rənglə işlənmişdir.
Ara sahəni bəzəyən balıq və nəbati elementlər şəbəkəvari for-
mada, başqa sözlə, üfüqi istiqamətdə simmetrik formalı, kiçik
məsafəli rapportlarla tərtib edilmişdir.
Nəbati elementlərlə yanaşı, ara sahədə sürməyi, çəhrayı, mavi,
açıq-qırmızı rəngli stilizə olunmuş kiçik ölçülü “buta”, “insan”,
“quş”, “dəvə”, “it” təsvirləri verilmişdir.
Ara sahə açıq-qırmızı rəngli enli “su” və sürməyi rəngli “cağ”la
əhatə olunub.
1...,236,237,238,239,240,241,242,243,244,245 247,248,249,250,251,252,253,254,255,256,...362