247
Sürməyi yerlikli ana haşiyə sarı, açıq-qəhvəyi, sürməyi,
göy,mavi, yaşıl rəngli “buta”elementləri iləbəzədilmişdir.
Butalar iç-içə təsvir edilmişdir. Bu növ butalar Şirvan
qrupunun “Sor-sor” xalçalarında tətbiq olunur. Butaların
kənarları diliklidir, aşağı hissəsində isə budaq və yarpaq-
lar vardır. Böyük ölçülü, dilikli butalar arasında kiçik bu-
talar təsvir edilmişdir. Butalar düzülüşünə görə sağ və sol
hissələrdə şaquli istiqamətdə, yuxarı və aşağı hissələrdə
isə üfüqi istiqamətdə işlənmişdir.
Çəhrayı yerlikli bala haşiyələr isə mavi, göy, sürməyi,
sarı, şəkəri, yaşıl, açıq-qırmızı rəngli nəbati elementlərlə
bəzədilmişdir.
Ana haşiyə və bala haşiyələr arasında şəkəri, çəhrayı
rəngli “siçandişi”lər, çəhrayı, qəhvəyi rəngli “su”lar
işlənib.
Xalça “Balıq” kompozisiyaları üçün səciyyəvi olan
əlvan rəng çalarları ilə tərtib edilmişdir. Şəkəri yerlikli
ara sahəni sarı, çəhrayı, açıq-qırmızı, mavi, göy, sürməyi,
yaşıl, qəhvəyi rəngli kiçik elementlər daha da rəngarəng
edir. Bütün rənglər bərabər ölçüdə tətbiq edilmişdir.
Haşiyələr isə, daha çox, kontrast rənglərlə tərtib olundu-
ğu üçün tez nəzərə çarpır.
Xalçanın yuxarı və aşağı hissələrində şəkəri rəngli sa-
çaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı pambıq-
dır. Xalçada bərpa işləri aparılıb. Xalça tarixi, bədii, elmi
əhəmiyyətə malikdir.
1...,237,238,239,240,241,242,243,244,245,246 248,249,250,251,252,253,254,255,256,257,...362