245
Bənövşəyi rəngli bala haşiyələr şəkəri, mavi, göy, qırmızı, çəhrayı, qəhvəyi rəngli
nəbati elementlərlə bəzədilmişdir.
Boz rəngli yerliyi sarı, qırmızı dördləçəkli güllər və qəhvəyi rəngli yarpaqları olan
“mədaxil”lər ara sahəni və ana haşiyəni xaricdən əhatə edən bala haşiyəni tamamlayır.
Mavi və göy rəngli “su”larla haşiyə zolaqları arasında incə sərhədlər yaradılmışdır. Bu
da bir-birinə zidd rənglərin tam aydın görünməsinə səbəb olmuşdur.
Xalçanın rəng tərtibatı yüksək kontrastlı rənglər əsasında qurulmuşdur. Lakin bu
rənglər peşəkar toxucu tərəfindən bir-biri ilə əlaqələndirilmişdir. Müxtəlif çalarlı rənglər
ara sahədə çox kiçik elementlərin təsvirində istifadə olunduğu üçün çox nəzərə çarpmır,
böyük ölçülü təsvirlərdə isə daha tez diqqəti cəlb edir.
Xalçanın yuxarı və aşağı hissəsində şəkəri rəngli kiçik saçaqlar vardır. Xalçanın
xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti əladır. Xalça tarixi, bədii, elmi
əhəmiyyətə malikdir.
1...,235,236,237,238,239,240,241,242,243,244 246,247,248,249,250,251,252,253,254,255,...362