253
Arxada Məkkə şəhərinin təsviri verilmişdir. Xalçanın ara sahəsini əhatə edən enli haşiyə bir-birinin ardınca dalğavari
düzülüşlə işlənmiş yarpaqlarla bəzədilmişdir. Yarpaqların arasındakı boşluqlar güllü-çiçəkli, yarpaqlı budaqlarla, haşiyənin
digər boşluqları isə güllərlə doldurulmuşdur.
Xalçanın ipləri təbii boyalarla boyanmışdır və burada on səkkiz şux rəngdən istifadə olunmuşdur. Xalça yaxşı vəziyyətdə
saxlanmışdır və istifadə müddətində divardan asılmışdır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
“Həztəri İbrahim və İsmayıl” süjeti yalnız Azərbaycanda
deyil, Türkiyə, İran və digər ölkələrdə dekotariv-tətbiqi
sənətin müxtəlif nü­mu­nələrində təsvir edilmişdir. Təbriz
qrupuna daxil olan xalçalarda bu süjet ara sahə səhnəsi və
yaxud haşiyənin bir küncündə təsvir edilir. Bu süjet
öz təbiiliyi ilə hər bir kəsdə həyəcan doğuran görü-
nüşü ilə seçilir.
Bu xalçada Həzrəti İbrahim və İsmayılın dini
hekayəti təsvir edilmişdir. Bu hekayət Qurani-
Kərimin “Sureyi-Safat” surəsinin 101-107-ci
ayələrindən götürülmüşdür. İbrahim peyğəm­
bərin neçə illərdən sonra İsmayıl adlı oğlu dünyaya gəlir.
Onu o qədər çox istəyirdi ki, səhər hara gedərdisə, axşam
onu görmək üçün mütləq evə gələrdi. İllər keçdi, İsmayıl
böyüdü. Bir gecə İbrahim yuxuda gördü ki, İsmayılın başı-
nı kəsir. Yuxudan oyanıb yuxusunu həyat yoldaşı Həcərə
danışdı. Həcər bu yuxudan narahat olur. İbrahim öz oğ-
lunu çağırıb deyir ki, ip və bıçaq götürüb dağa gedək,
ot yığaq. Dağa çatanda Səbir adlı bir dərəyə yetişirlər.
İbrahim İsmayılı yanında oturdub yuxusunu ona təsvir
edir. İsmayıl da deyir ki, ata, sən başımı kəsəndə əl-qol at-
mayım deyə iplə əl-ayağımı bağla, ətəyini cəmlə ki, qanım
ona sıçramasın, anam görməsin. Bıçağını itilə ki, başımı
tez kəsəsən, rahat öləm. Çünki ölüm çətindir. Atası oğlu-
na deyir ki, sən Allahın istəyini rahatlıqla qəbul etdin və
mənim işimi çətinləşdirmədin. Atası əyilib İsmayılın bo-
ğazını kəsməyə hazırlaşırdı ki, Allahın iradəsi ilə bıçaq
kütləşdi. İbrahim yenə bıçağı itilədi ki kəsə, amma bıçaq
yenə də kəsmədi. Üçüncü dəfə cəhd edəndə Allah Cəbrail
ilə ona söz göndərdi: “İbrahim, mən səni imtahan edirdim
və sən bu imtahandan üzüağ çıxdın”. İbrahimə oğlunun
əvəzinə qurban kəsmək üçün qoç göndərilir və o dövrdən
indiyə qədər İsmayıl qurbanı kəsilir.
Xalçada İbrahim peyğəmbər əlində bıçaqla təsvir olunub.
Əl-ayağı bağlanan uşaq isə İsmayıldır. Əlində qoç tutan qır-
mızı geyimli isə Cəbraidir.
Bu xalçanın yuxarı hissəsində, kətəbənin
içərisində “
(Həzrəti İbrahim və İsmayıl) yazılıb.
1...,243,244,245,246,247,248,249,250,251,252 254,255,256,257,258,259,260,261,262,263,...362