250
“Əfşan” xalça kompozisiyası XVI-XVII əsr Təbriz xalçalarının maraqlı nümunəsi kimi şöhrət qazanmış və toxucular ara-
sında geniş yayılmışdır. Burada nəbati elementlərin xüsusi ahənglə səpələnməsi, rəng çalarlarının dinamik uyuşması göz­
oxşayan mənzərə yaradır. Bu xalçalarda saray sənətkarlarının yeni yaradıcılıq istiqamətləri müəyyən etmək üçün işləyib
hazırladıqları naxışların əlamətləri də duyulur. Xalçanın müəllifi təkcə ətrafda gördüyü gözəlliyi naxışlar vasitəsi ilə təqdim
etməklə kifayətlənməmiş, yeni bir yaradıcı istiqamət, üslub axtarışına keçmişdir. Qeyd etmək lazımdır ki, belə kompozisi-
yaları baxımlı edən səbəblərdən biri də onun boyanma texnikasında istifadə olunan boyayıcı maddələrdir.
Xalça “Əfşan“ kompozisiyası əsasında toxunmuşdur.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir. Ara sahə zoğalı və kərpiciyə çalan qırmızı yerliklidir.
Ara sahə boyunca nəbati elementlər səpələnmiş formada təsvir edilmişdir. Ara sahənin mərkəzində günəşi xatırladan
kiçik ölçülü medalyon yerləşdirilib. Medalyonun kənarlarından sağ, sol, yuxarı və aşağı hissələrdə gül-çiçəklə bəzədilmiş
budaqlar şaxələnir. Gül-çiçək motivləri şəkəri, açıq və tünd-qəhvəyi, sürməyi, tünd-qırmızı, mavi, narıncı, zoğalı, qarpızı,
islanmamış xına rəngi, ağ, sarı, yaşıl rənglərlə işlənmişdir. Budaqlar mavi, kənarları sürməyi, içərisi isə ağ rənglə tərtib edil-
mişdir.
Xalçanın ara sahəsinin kərpiciyə çalan hissəsinin yuxarı tərəfindəki zoğalı rəngli zolaq çox aydın nəzərə çarpır.
Ara sahənin kənar hissələrinin boşluqları “çiçəkli buta” motivləri ilə bəzədilmişdir.“Buta” elementi Azərbaycan dekorativ-
tətbiqi sənətinin müxtəlif sahələrində müxtəlif formalarda tətbiq edilmişdir. Bu element o qədər geniş yayılmışdır ki, onu
hər hansı bir hadisə, məişət tərzi ilə əlaqələndirirdilər. Xalça məntəqələrinin adı ilə bağlı “Xilə-buta”, “Şirvan-buta”, “Sərabi-
buta”, rəmzi mənasına görə “şabalıd-buta”, “badam-buta”, “həmli-buta”, “arvad-uşaqlı buta” və s. kimi növlər də mövcud-
dur.
Bu xalçadakı buta isə “çiçəkli buta”dır. Bu növ butaların ya içərisində, ya da bütünlüklə hər tərəfində çiçək təsvirləri olur-
du.
Ara sahənin yuxarı və aşağı künclərində beşləçəkli və altıləçəkli salxım-güllər təsvir edilmişdir. Güllər sürməyi, mavi, ağ,
narıncı, zoğalı rənglərlə, onları əhatə edən yarpaqlar isə sürməyi, mavi, ağ, şəkəri və yaşıl rənglərlə işlənmişdir. İri salxım-
güllərin arasında dörd ədəd nisbətən kiçik ölçülü ləçəkləri sürməyi, mavi, ağ, kərpici, zoğalı, yaşıl, yarpaqları isə sürməyi,
ağ, mavi və yaşıl rəngli salxım-güllər təsvir edilmişdir.
Ara sahənin aşağı və yuxarı hissələrində müxtəlif formalı çiçəklərdən və yarpaqlardan ibarət çələngəbənzər element təsvir
edilmişdir. Çələngi təşkil edən çiçəklərdə sürməyi, mavi, açıq-qəhvəyi, zoğalı, ağ, narıncı, kərpici, yarpaqlarda isə yaşıl,
kərpici, açıq-qəhvəyi, sürməyi rənglərdən istifadə olunmuşdur.
1...,240,241,242,243,244,245,246,247,248,249 251,252,253,254,255,256,257,258,259,260,...362