255
Əhməd şah Qacara həsr edilmiş xalçalar
müxtəlif kompozisiyalar əsasında toxun-
muşdur. Bu xalçalar “Aynalı”, “Tağlı”, ya­
xud sadə kompozisiyalı olur. Bu tipli xal-
çaların çeşnisi Təbriz miniatür sənətindən
bəhrələnmiş istedadlı rəssamlar, xəttatlar və
peşəkar xalçaçılar tərəfindən tərtib edilirdi.
Bu xalçalarda hökmdarlara xas olan ciddilik,
geyim tərzi çox dəqiqliyi ilə nəzərə çarpır.
Xalça “Aynalı“ və “Ağaclı“ kompozisiyası
əsasında tərtib edilmişdir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə
hissəsindən ibarətdir.
Ara sahənin mərkəzində böyük ölçülü
me­dal­yonun içərisində noxudu yerlik­
də Əh­məd Şah Qacar (Sultan Əhməd şah
Mə­həmmədə­li şah оğlu Qovanlı-Qacar)
(1897-1930) təsvir edilmişdir. Medalyonun
kə­narlarındakı çəhrayı yerlikli zolağın içə­
risindəki güllər ağ, bal rəngi, sürməyi, yar-
paqlar isə tünd-yaşıl və tünd-mavi rənglərlə
işlənib. Zolağın kənarları bal rəngi, sürməyi
və çəhrayı “su”larla tamamlanır.
Sultаn Əhməd Mirzə Məhəmmədəli şah
oğlu 1897-ci ildə Təbriz şəhərində dоğul­
muşdur. Mükəmməl saray təhsili almışdı.
Sultаn Əhməd Mirzə 1909-cu ildə аtаsı кö­
nüllü surətdə şаhlıqdаn əl çəкəndən sоnrа
tахtа əyləşdi. Əhməd şаh 1925-ci ildə şаh­
lıqdаn dеvrilib, 1930-cu ildə isə vəfаt еdib.
O, sonuncu Qacar şahıdır.
Medalyonun yuxarı hissəsində yarımdairəvi formalı, mavi yerlikli zolağın içərisində “
(Şahların şahı, Sultanların Sultanı Əhməd Şah Qacar) sözləri nəstəliq xətti ilə işlənmişdir. Yazıların arasında mərkəzdə
” ” (1329) hicri tarixi vardır.
1...,245,246,247,248,249,250,251,252,253,254 256,257,258,259,260,261,262,263,264,265,...362