243
XVI əsr ov mövzulu xalçaların estetikası
və süjeti ilə tam uyğunluq yaradan Təbriz
ustaları XIX əsrdə də Azərbaycan xalçasının
ənənələrini inkişaf etdirib gözəlliyə nail ol-
muşlar. Xalçaçılar ciddi düşünülmüş kom-
pozisiya yaradaraq, çoxsaylı fiqurları vahid
bədii tamlıqla birləşdirmək kimi çətin işi
uğurla həll edə bilmişlər. Bu tipli xalçaların
ara sahəsində heyvanları təqib edən ovçu fi-
qurları yüksək peşəkarlıqla tərtib edilmişdir.
Burada təsvirlər ayrı-ayrı fiqurlara ayrılmır,
ənənə, üslub, proporsiya vəhdətində, incə
cizgilərlə çəkilmişdir. Onlar təkcə süjet ba-
xımından deyil, eyni zamanda, diqqəti cəlb
edən zərif dekorun tərkib hissəsi olan naxış
kimi qavranılır.
“Ovçuluq“ kompozisiyası əsasında toxun-
muş mürəkkəb naxış tərtibatına malik olan
bu xalçanın bədii quruluşu ara sahə və haşiyə
hissəsindən ibarətdir.
Xalçanın tünd-çəhrayı rəngli ara sahəsində
şəkəri, mavi, göy, sürməyi, yaşıl, bənövşəyi,
çəhrayı rəngli nəbati elementlər birləşərək
rombşəkilli şəbəkə əmələ gətirmişdir.
Ara sahənin fonu “Balıq” xalçalarına uy-
ğundur. Sadəcə, bu xalçada daha dəyişik
rənglərdən istifadə edilmişdir. “Balıq” xalça-
larında spiralvari çiçəklər “balığ”aoxşardır,
burada isə daha çox kiçik yarpaqlara bənzəyir.
Lakin kompozisiyası eyni ilə “Balıq” xalçala-
rında olduğu kimi, “Bəndi-rumi” kompozisi-
yası əsasında qurulmuşdur.
Ara sahədə at üstə altı ovçu təsviri vardır.
Ovçuların heyvanları ovlaması çox dəqiqliyi
və incəliyi ilə nəzərə çarpır. Ovçulardan biri
açıq-qəhvəyi rəngli atda, ikisi ağ atda, üçü isə
tünd-qəhvəyi rəngli atda təsvir edilmişdir.
Ovçuların geyimləri də rəngarəngdir. Onla-
rın əynində mavi, göy, sarı, ağ, açıq-qəhvəyi,
yaşıl rəngli arxalıqlar, mavi rəngli şalvarlar,
bellərində qurşaq, başlarında papaq, ayaqla-
1...,233,234,235,236,237,238,239,240,241,242 244,245,246,247,248,249,250,251,252,253,...362