251
Gül-çiçək təsvirləri ilə yanaşı, mərkəz hissənin tərtibatında xalçaçılıq-
da “bulud” kimi tanınan motivlərdən də istifadə olunmuşdur. Azərbaycan
incəsənətində qədim dövrlərdən mövcud olan, orta əsrlərdə isə daha da in-
kişaf edən “bulud” motivi öncə saxsı və metal məmulatlarında, memarlıqda,
daha sonra parça, xalça, miniatür və s. sənət sahələrində tətbiq edilmişdir.
“Bulud” elementi müxtəlif formalarda – sadə, mürəkkəb və süjetli olur.
Mürəkkəb “bulud”lar çıxıntılı, süjetli “bulud”lar isə insan, əjdaha, ilan və s.
təsvirli olur. Bu xalçada verilən “bulud” elementləri də mürəkkəb və süjet-
li – əjdaha təsvirlidir. Xalçanın həm rəng, həm də kompozisiya baxımından
zəngin olan və mərkəz hissə ilə bir-birini tamamlayan haşiyəsi ana haşiyə,
bala haşiyə və “su”lardan ibarətdir.
Ana haşiyə sürməyi yerliklidir. Haşiyə boyunca bir-biri ilə zəncirvari for-
mada birləşən “Şükufə” adlanan elementlər təsvir edilmişdir. Bu elementlər
zoğalı, kərpici, şəkəri, ağ, sürməyi, mavi, yaşıl, islanmamış xına rəngi, açıq-
qəhvəyi, narıncı, çəhrayı rənglərlə işlənmişdir. Ana haşiyə bəzəyini təşkil
edən gül-çiçək elementləri bir-birini ardıcıllıqla və aramla əvəz edən dörd
müxtəlif formalı gül təsvirlərindən ibarətdir. Kiçik ölçülü beşləçəkli güllər
ana haşiyənin boşluqlarını doldurmuşdur. Ana haşiyənin güllərini bir-birinə
incə, qırmızı haşiyəli ağ budaqlar bağlayır.
Ana haşiyəni hər tərəfdən bala haşiyələr əhatə edir. Ağ, sürməyi yerlikli
bala haşiyələr beşləçəkli və onikiləçəkli kiçik ölçülü gül-çiçək və “islimi” ele-
menti ilə tərtib edilmişdir.
“İslimi” Azərbaycanın dekorativ-tətbiqi sənətində, xüsusən də xalçaçılıqda
istifadə olunan əsas elementlərdən biridir. Dairəvi formada şaxələnmiş dal-
ğalı budaqlar və onları əhatə edən yarpaqlar bu naxışın əsasını təşkil edir.
“İslimi”nin sadə, qanadlı, haçalı, hörmə, butalı və s. kimi növləri vardır. Bəzi
sənətşünaslar bu elementin yaranma tarixini islam dini ilə əlaqələndirirlər.
Ana haşiyəni xaricdən əhatə edən bala haşiyələr, ara sahəni və xarici bala
haşiyəni əhatə edən sürməyi yerlikli bala haşiyələr ölçüsünə görə nisbətən
böyük olsa da, kompozisiya baxımından eynidir.
Bala haşiyələr də öz növbəsində zoğalı, ağ, sürməyi, kərpici rəngli “su”larla
əhatə olunmuşdur.
Xalçanın rəng tərtibatı çox şuxdur. Əsas rəng kimi zoğalı, kərpici, sürməyi
və ağ rənglərdən, təsvirlərin daha da dolğunlaşdırılması üçün isəmavi, şəkəri,
islanmamış xına rəngi, qarpızı, yaşıl, çəhrayı, narıncı, açıq və tünd-qəhvəyi
rənglərdən istifadə edilmişdir. Toxucu bu rənglərdən ustalıqla istifadə edərək
çox baxımlı, gözoxşayan bir əsər yarada bilmişdir.
Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın xovu yun, ərişi və arğacı isə pambıqdır.
1...,241,242,243,244,245,246,247,248,249,250 252,253,254,255,256,257,258,259,260,261,...362