244
rında tünd-qəhvəyi, göy rəngli çəkmələr vardır. Geyimlər ki-
çik ölçülü müxtəlif nəbati elementlərlə bəzədilmişdir.
Atlardan beşi mərkəzə doğru, biri isə sola tərəf istiqa­
mətlənmişdir. Atların üzərində “çul”lar təsvir edilib. Çullar
kiçik ölçülü həndəsi və nəbati elementlərlə bəzədilmişdir.
Yuxarı hissədə sol tərəfdə ağ atlı və aşağı hissədə sağ tərəf­
də qəhvəyi rəngli atı olan ovçular əllərində qılınc, at çapan
şəkildə təsvir edilmişdir. Sol tərəfdə ortadakı açıq-qəhvəyi
rəngli atlı əlindəki “kəmənd”i dağ keçisinin boynuna ke-
çirib, onu ovlayır. Aşağı hissədə sol tərəfdəki ağ atlı ovçu
isə əlindəki ox-kamanla ceyranı ovlayır. Sağ tərəfdə aşağı
hissədəki qəhvəyi rəngli atda təsvir edilən ovçu isə əlindəki
qılıncla ceyranı ovlamağa hazırlaşır.
Ara sahədə təsvir edilən ov səhnələri yalnız insanlar deyil,
həm də heyvanlar tərəfindən edilir. Aşağı hissədə ağ rəngli,
qəhvəyi xallı bəbir boz rəngli ceyranı, yuxarı hissədə isə sarı
rəngli, qəhvəyi xallı bəbir açıq-qəhvəyi rəngli ceyranı ovlayır.
Ara sahənin sol tərəfində aşağıda tünd-qəhvəyi rəngli “tazı”,
eyni istiqamətdə, lakin yuxarı hissədə qəhvəyi, ağ rəngli si-
murq quşu təsvir edilmişdir.
Xalçanın yuxarı hissəsində tünd-qəhvəyi gövdəsi və budaq-
ları, ağ dairəvi gülləri olan ağac və ağacın budaqları üzərində
tünd-yaşıl, bənövşəyi, qəhvəyi və boz rəngli tutuquşu təsvir
edilmişdir.
Açıq-qəhvəyi yerlikli ana haşiyədə bənövşəyi, çəhrayı,
mavi, sürməyi, sarı, qəhvəyi, şəkəri, yasəməni rəngli “sadə
islimi”lər, altıləçəkli və yeddiləçəkli güllər təsvir edilmişdir.
“Sadə islimi”lər gül-çiçək təsvirlərini zəncirvari formada bir-
biri ilə bağlayır.
1...,234,235,236,237,238,239,240,241,242,243 245,246,247,248,249,250,251,252,253,254,...362