257
Boşluqlar müxtəlif ölçülü və formalı gül və yarpaqlarla bəzədilmişdir. Ara
sahəni sarmaşıq düzülüşü ilə işlənmiş müxtəlif formalı gül-çiçək və yarpaq
motivləri ilə bəzədilmiş sürməyi yerlikli ana haşiyə əhatə edir. Ana haşiyəni
hər iki tərəfdən güllü-çiçəkli, yarpaqlı budaqlarla işlənmiş, ağ yerlikli bala
haşiyələr tamamlayır. Bala haşiyələrin kənarları çıxıntılı mədaxillərlə əhatə
olunmuşdur. Xalçada ondan çox rəng çalarlarından istifadə edilmişdir. Zəngin
rəng çalarlarına malik olan bu xalçada rəng ahəngdarlığı yüksək peşəkarlıqla
həll edilmiş və hər kəsin zövqünü oxşayan rəng palitrası yaradılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Xalça yüksək tarixi, bədii, elmi
əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
Xalçanın sürməyi yerlikli ara sahəsinin sağ, sol, aşağı və yuxarı hissələrində
böyük, nisbətən kiçik və kiçik ölçülü ağac təsvirləri verilmişdir. Ağacların bu-
daqları gül-çiçək və yarpaqlarla bəzədilmişdir.
1...,247,248,249,250,251,252,253,254,255,256 258,259,260,261,262,263,264,265,266,267,...362