263
Xalq arasında görkəmli şəxsiyyət kimi tanınmış Səttar­xana həsr edilmiş obrazlı xalçalar müxtəlif formalarda və ölçülərdə
toxunmuşdur. Bu xalçaların kompozisiya quruluşunda, ornamentlərin tərtibatında istedadlı rəssamlar, xəttatlar və təcrübəli
xalçaçılar birlikdə çalışırdılar. Süjet və ornamentlər ənənəvi formalarla şərh edilmiş, rəng tarazlığı saxlanılmış, eyni zaman-
da, həmin dövrün tələbinə uyğun təsvir forması xalçada öz əksini tapmışdır.
Xalçada Azərbaycanın inqilabçı sərkərdəsi Səttarxan
at üstündə təsvir edilib. Xalçanın ara sahəsinin yu-
xarı hissəsindəki medalyonda “ ” (Səttarxan),
kətəbədə “ ” (Sərdar) yazılmışdır.
Bala haşiyədə “
(Məclis çox ürəkaçan məclisdir) cümləsi təkrar-təkrar
işlənmişdir.
Xalçanın ara sahəsi şərq romantizmi üslubunda həll
edilmiş tağla əhatə olunub. Ara sahənin aşağı hissəsində
çöl-çəmən təsvirləri verilmişdir. Ana və bala haşiyələrdə
nəbati elementlər və quzu təsvirləri vardır. Səttarxana
olan ümumxalq məhəbbəti xalçanı toxuyanların ifadə
vasitələrində duyulur.
1...,253,254,255,256,257,258,259,260,261,262 264,265,266,267,268,269,270,271,272,273,...362