260
Ağacların sağ və sol hissələrində şaquli istiqamətdə
dörd cüt quş təsviri vardır. Quşlar mavi, şəkəri, qırmı-
zı və qəhvəyi rənglərlə tərtib edilmişdir. Ağac budaqları
arasında qəhvəyi, şəkəri, qırmızı rənglərlə iki cüt stilizə
edilmiş aslan təsviri verilmişdir.
Ara sahənin aşağı hissəsində iki insan – kişi fiquru
vardır. İnsan təsviri tünd-qəhvəyi, qırmızı rənglərlə iş­
lənmişdir. Sağ hissədəki insan təsviri birqollu, sol hissədə
isə ikiqolludur.
Xalçanın ara sahəsinin sağ və sol hissələrində qəhvəyi,
qırmızı, şəkəri rəngli iki tam, iki yarımçıq sütun təsviri
vardır. Sütunların kənarları dilikli, mavi, şəkəri, qırmızı
rəngli kiçik həndəsi elementlərlə bəzədilmişdir.
Ara sahənin yuxarı hissəsinin sağ və sol hissələrində
Hicri təqvimlə 1330-cu il (Miladi 1910) tarixi həkk edil-
mişdir.
1...,250,251,252,253,254,255,256,257,258,259 261,262,263,264,265,266,267,268,269,270,...362