265
ram­da deyilirdi ki, Səttarxan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan
sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttarxan və Bağır xanı Tehrana
getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttarxan və Bağır xan 300 nəfər
silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttarxan Tehrana çatır.
Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttarxana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah
qoşunları və Tehranın milliyyətcə erməni olan, əvvəllər Səttarxanın qüvvələri ilə
birgə şah rejiminə qarşımübarizə aparmış daşnakYefremDavidyansınbaşçılıq etdiyi
polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edir, Səttarxanın qüvvələrini
mühasirəyə alaraq, tərksilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada
Səttarxan ayağından yaralanır. Onun qoşunlarına Tehrandan çıxmağa imkan verilmir.
Nəhayət, aldıgı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttarxan 48 yaşında
vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur.
Xalçanın ara sahəsini stilləşmiş quzu təsvirləri, güllü-çiçəkli və yarpaqlı ağaclarla
bəzədilmiş kərpiciyə çalan qırmızı yerlikli ana haşiyə əhatə edir. Ana haşiyəni
hər iki tərəfdən nəbati elementlərlə bəzədilmiş şəkəri yerlikli bala haşiyələr əhatə
etmişdir. Ana və bala haşiyələrin kənarları qara rəngli “su”larla tamamlanır. Xalça
əla vəziyyətdə saxlanmış və istifadə müddətində divardan asılmışdır. Xalçanın xovu
yun, əriş və arğacı isə pambıqdandır. Xalçanın ipləri təbii boyalarla boyanmışdır
və burada səkkiz rəngdən istifadə olunmuşdur. Xalça tarixi, bədii, elmi əhəmiyyət
kəsb edir.
1...,255,256,257,258,259,260,261,262,263,264 266,267,268,269,270,271,272,273,274,275,...362