261
Qırmızı yerlikli ana haşiyədə boz, açıq-qəhvəyi, tünd-qəh­
vəyi, narıncı rənglərlə stilizə edilmiş nəbati və butayabənzər
elementlər təsvir edilmişdir.
Şəkəri yerlikli bala haşiyələr çəhrayı rəngli “dolamaquyruq”
adlı elementlərlə bəzədilmişdir.
Ana və bala haşiyələri qırmızı, şəkəri rəngli “siçandişi” və
qəhvəyi rəngli “su”lar əhatə edir.
Xalçanın toxunuşunda sakit rənglərdən istifadə olunma-
sı ona sadə, eyni zamanda, təbii görünüş gətirmişdir. Xalçaya
zənginlik gətirən ara sahənin sağ və sol hissələrində qəhvəyi
və qırmızı rənglərlə tərtib edilmiş sütunlar və tünd rəngli
haşiyələrdir.
Xalçanın xovu, ərişi yun, arğacı isə pambıqdır. Saxlanma
vəziyyəti əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,251,252,253,254,255,256,257,258,259,260 262,263,264,265,266,267,268,269,270,271,...362