264
Səttarxan at üstündə məğrur, məğlubedilməz qəhrəman kimi oturub. Qəhrəmanın geyimi orijinalda olduğu kimi, atın
yəhəri isə naxışlarla verilmişdir. Atın şahə qalxması Səttarxanın döyüşə yollanmasına işarədir. Toxunuş zamanı təsvir və
detallar xüsusi məharətlə yerinə yetirilmişdir.
Səttarxan 1868-ci ildə Cənubi Azərbaycanın Qaradağ vilayətinin Canəli kəndində tacir ailəsində anadan olmuşdur. 1905
– 1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı Səttarxanı böyük sərkərdə səviyyəsinə qaldırdı. 1907-ci ildə Təbrizin Əmirxiz
məhəlləsinin azadlıq fədailərinə rəhbərlik edən Səttarxan nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı və şücaəti ilə azadlıq
fədailərinin sevimli sərkərdəsinə çevrilir.
ŞuraMəclisi topa tutulduqdan, şahın 40minnəfərlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılanTəbriz şəhərinə hücumundan
sonra 1908-ci ilin iyun ayında Səttarxanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttarxan və
onun müavini Bağır xan, üzvləri Əli Müsyö, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər.1909-cu ilin aprel ayına qədər Təbriz
üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq, düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu
döyüşdə Səttarxan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni
tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir
göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttarxan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət
əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri
düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah irtica qüvvələri Tehranda Şura
Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttarxanla
Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının
hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asılması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhvali-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyasını və İngiltərəni
təşvişə salır. Onlar Səttarxanı və silahdaşlarını gözdən salmaq üçün Səttarxan və Bağır xanı silahdaşlarından, Təbrizdən
ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleq­
1...,254,255,256,257,258,259,260,261,262,263 265,266,267,268,269,270,271,272,273,274,...362