259
XVI əsr miniatürçülərinin işləyib hazırladıqları “Ağaclı-Ovçuluq” ənənəvi klassik xalça kompozisiyaları əsasında sonra-
kı dövrlərdə də xalçalar toxunmuşdur. “Ağaclı-Ovçuluq” xalçalarında ovçu və heyvan fiqurları cizgilərin hər bir rakurs-
la təmizliyini və dəqiqliyini qoruyub saxlamışdır. Bu tematika Qarabağ ərazisində, xüsusən də Şuşa şəhərində toxucular
tərəfindən çox toxunmuşdur. Xalçaçı müəlliflər təbiətin zərif, rəngarəng tərtibatı, fiqurların incəliyi vasitəsi ilə tamlığa, bü-
tün təsvirlərin harmonik birliyinə, xalçanın estetik dəyərini müəyyən edən böyük daxili eskpressiyaya nail olmuşlar.
Xalça “Ağaclı“ və “Ovçuluq“ kompozisiyaları əsasında tərtib edilmişdir. “Ağaclı” və “Ovçuluq” xalçaçılıqda istifadə olu-
nan ayrı-ayrı sərbəst kompozisiyalardır. Lakin bu xalçada bu iki mövzu birləşdirilərək təsvir edilmişdir. Hər ikisi insanın
həyatı və məişəti ilə əlaqədardır. Ovçuluq insana xas peşədir, “ağac” isə yenə insanlıqla bağlı olub, “həyat” mənasını ifadə
edir. “Ağaclı” kompozisiyalı xalçalarda heyvan təsvirlərinə tez-tez rast gəlirik.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Şəkəri yerlikli ara sahədə şaquli istiqamətdə biri tam, biri yarımçıq olmaqla iki ağac təsvir edilmişdir. Ağacların gövdəsi və
budaqları qəhvəyi, yarpaqları qəhvəyi, açıq-yaşıl, çiçəklər qırmızı, çəhrayı, yaşıl rənglərlə tərtib edilmişdir. Ağaclar şəkəri,
mavi, qırmızı rənglərlə işlənmiş böyük ölçülü güldanın içərisində yerləşdirilmişdir. Hər iki ağacın aşağı tərəfində sağ və sol
hissələrində narıncı rəngli iki cüt keçi təsviri vardır. Keçilərin ağzı ağac yarpaqlarına tərəf uzanaraq, hərəkət halında təsvir
edilmişdir.
1...,249,250,251,252,253,254,255,256,257,258 260,261,262,263,264,265,266,267,268,269,...362