269
Xalça ümumilikdə “Balıq” kompozisiyasını xatırladır. Həm naxış tərtibatı, həm də “qıvrım” adlı elementlərin “Bəndi-
rumi” kompozisiyası əsasında şəbəkə formalı düzülüşü eyni ilə “Balıq” xalçaları üçün xarakterikdir.
Göllərin yuxarı və aşağı hissələrində sürməyi, qırmızı, mavi, sarı rəngli ağacabənzər elementlər təsvir edilmişdir.
Açıq-qəhvəyi rəngli ana haşiyə qırmızı, çəhrayı, yaşıl, zoğalı, sarı, şəkəri, sürməyi, mavi rəngli “kətəbə”lərlə və kiçik
həndəsi elementlərlə zənginləşdirilmişdir.
Ara sahəni və ana haşiyəni yaşıl, çəhrayı və sürməyi rəngli “mollabaşı” elementləri əhatə edir.
Haşiyələr arasında qırmızı, mavi rəngli “su”lar işlənmişdir.
Xalçada şəkəri və qəhvəyi rənglər üstünlük təşkil edir. Həm ara sahədə, həm də haşiyə hissəsində qəhvəyi rəngin üstün-
lüyü aydın nəzərə çarpır. Qəhvəyi rəngin gözyorucu təəssürat yaratmaması üçün şəkəri rəng daha çox işlənmişdir. Bu iki
rəngin ahəngdarlığına xələl gətirmədən mavi, çəhrayı, qırmızı, sarı və s. rənglərdən istifadə edilərək, kiçik elementlər usta-
lıqla yerləşdirilmişdir.
Xalçanın yuxarı hissəsində şəkəri rəngli saçaqlar vardır. Xalçanın xovu yun, əriş və arğacı pambıqdır. Saxlanma vəziyyəti
əladır. Xalça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,259,260,261,262,263,264,265,266,267,268 270,271,272,273,274,275,276,277,278,279,...362