268
Bu tip xalçalar dağlıq şəraitdə bəslənən ev heyvanlarının yunundan alınmış iplərdən toxunurdu. Onların rənglənmə tex-
nologiyasında da dağətəyi bitkilərdən alınan boyaların istifadəsi nəzərə çarpır. Buradakı rənglər fərqli çalarları ilə seçilir.
Belə xalçaların ilmələri səliqəli düzülüşü ilə diqqəti cəlb edir. Burada istifadə olunan dəvə rəngi – qəhvəyi rəng spesifik çalar
kimi qəbul olunur. Naxış kompozisiya həllində rombların fəal iştirakı da belə xalçalara xüsusi görünüş bəxş edir. Xalçadakı
naxışlara Qarabağ və Şirvan ərazisində toxunan xalçalarda da tez-tez rast gəlinir.
Xalçanın kompozisiya quruluşu ara sahədən və haşiyə hissəsindən ibarətdir.
Ara sahənin fonu ağ-qəhvəyi rəngli “qıvrım” adlanan qarmaqlı həndəsi elementlərlə rombvari şəbəkə formasında tərtib
edilmişdir. Xalçanın ara sahəsində qəhvəyi rəngli rombvari göllər təsvir edilmişdir. Şaquli istiqamətdə üç tam göl, onların
arasında və ara sahənin yuxarı və aşağı hissələrində dörd cüt yarımçıq göl təsviri verilib. Göllər qəhvəyi, sürməyi, qırmızı,
mavi, çəhrayı rənglərlə işlənmiş, içərisində “Balıq” xalçalarına məxsus kompozisiyalar – mərkəzdə dairəvi göl, onu dörd
tərəfdən əhatə edən “balıq”, düz xətlər və kiçik ölçülü göllər təsvir edilmişdir. Göllər daxildən sürməyi rəngli diliklərlə
haşiyələnmişdir.
1...,258,259,260,261,262,263,264,265,266,267 269,270,271,272,273,274,275,276,277,278,...362