309
saplağı və ağ-qırmızı rəngli yarpaqları vardır. Gül ləçəklərinin yuxarı hissəsində qara rəngli “qarmaq”, saplağının sonunda
isə qırmızı rəngli kiçik romblar təsvir edilmişdir.
Şəbəkəvari romblar bir-birinə mərkəzi ağ, qara-qırmızı rəngli dördləçəkli güllərlə birləşdirilmişdir.
Xalçanın xına rəngli ana haşiyəsi ağ-qara-qırmızı-çəhrayı rəngli “buta”larla bəzədilmişdir. Bu tip butalara Qarabağ qrupu-
na daxil olan xalçalarda da rast gəlinir.
“Buta” elementi Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində müxtəlif formalarda tətbiq edilmişdir. “Buta”
elementi o qədər geniş yayılmışdır ki, onu hər hansı bir hadisə ilə, məişət tərzi ilə (“qotazlı buta”, “gülabdan-buta”, “badam-
buta”, “həmli-buta”, “gül buta” və s). əlaqələndirirdilər. Ana haşiyənin aşağı və yuxarı hissələrində təsvir edilən butalar
“gülabdan-buta”lardır. Butaların aşağısında kiçik ölçülü romblar təsvir edilmişdir. Ana haşiyənin sağ və sol hissələrində
isə “qotazlı buta”lar təsvir edilmişdir. Butaların aşağı hissəsində kiçik üçbucaqlar yerləşdirilmişdir. Ana haşiyənin sağ və
solundakı butaların aşağıdan üçüncü və altıncı sırasını qara , qırmızı rəngli dörddilli çarx, dördüncü sırasını qırmızı rəngli
dörd romb, beşinci sırasını ağ, qırmızı rəngli altıbucaqlı və səkkizinci sırasını isə qırmızı, qara, ağ rənglərlə işlənmiş kiçik
“quş” və eyni rəngli “it” təsvirləri bəzəyir. Yuxarıdan on üçüncü sırada qara rəngli dördbucağın içərisində ərəb rəqəmləri
ilə “ ” (1336) hicri tarixi yazılmışdır.
Qara yerlikli bala haşiyədə ağ-qırmızı- çəhrayı rəngli dördləçəkli qərənfillər təsvir edilmişdir.
Ana və bala haşiyələr bir-birindən qırmızı, qara rəngli “su” larla ayrılır.
Ara sahəni dörd tərəfdən qara rəngli “dilikli” mədaxil əhatə edir.
Xalçanın rəngləri gözoxşayan və şuxdur. Toxucu tərəfindən bir rəngdən digərinə keçid yüksək peşəkarlıq və qanunauy-
ğunluqla həll edilərək, xalçada hər kəsin zövqünü oxşaya biləcək bir rəng palitrası yaradılmışdır.
Xalçanın saxlanma vəziyyəti əladır. Bədii, tarixi, elmi əhəmiyyət kəsb edir. Xalçanın xovu, əriş və arğacı yundandır.
1...,299,300,301,302,303,304,305,306,307,308 310,311,312,313,314,315,316,317,318,319,...362