308
Xalça. Yun. Xovlu. 383x130. 1900-cü il. Təbriz qrupu. Azərbaycan.
Keyfiyyətli yundan toxunan bu tip xalçalar nisbətən hündür xovu ilə seçilir. Belə xalçalarda müxtəlif bölgələrdə toxunan
xalçaların naxışları təkrarlanır və özünəməxsus çaları, toxunuş texnikası ilə seçilir. Buradakı ərazinin bitki örtüyü və on-
lardan alınan rənglər, həmçinin boyama texnologiyası, suyun tərkibindəki minerallar xalçanın rəng ahənginə güclü təsir
göstərir. Bitki mənşəli boyalarla yanaşı, heyvan və mineral mənşəli boyaların geniş istifadə olunması müxtəlif çalarların
yaranmasına imkan verir.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissəsindən ibarətdir.
Bu kompozisiyaya Şirvan qrupunun “Qabıstan” xalçalarında da rast gəlinir. “Qabıstan” xalçaları çox incə görünüşə malik
olduğu üçün tarixən yalnız Qafqazda deyil, Yaxın Şərq və eləcə də, bütün dünya bazarlarında yüksək qiymətləndirilirdi.
“Qabıstan” xalçalarının müxtəlif çeşidləri vardır. Bu kompozisiyalar “şəbəkə”li və “göl”lü olur. Bu xalça “şəbəkə” forma-
lıdır.
“Şəbəkə” üslubu təkcə xalçaçılıq sənətində deyil, dekorativ-tətbiqi sənətin bütün növlərində tətbiq edilir. Bu üslub həm
Azərbaycan, həmdə bütün Şərq incəsənətində mühüm yer tutan “Bəndi-rumi” adı ilə məşhurdur. “Bəndi-rumi” hələ X əsrdə
məşhur olmuşdur. Bu kompozisiyadan xalçaçılıqda, kitabların bədii tərtibatında, miniatürlərdə, memarlıq abidələrinin da-
xili xə xarici bəzəklərində və s. istifadə olunurdu. “Bəndi-rumi” kompozisiyası müxtəlif formalarda: rombvari, altıbucaqlı
və s. olur. Bu kompozisiyanın ən geniş yayılmış forması rombvari formadır. “Bəndi-rumi” kompozisiyasının özəlliyi onun
sadə, eyni zamanda, mürəkkəbliyindədir.
Xalçanın xına rəngli ara sahəsi rombvari şəbəkə formasında tərtib edilmişdir. Rombların içərisində üfüqi istiqamətdə
bərabər məsafəli kiçik rapportlarda qara-qəhvəyi-ağ-sarı-qırmızı və ağ-qırmızı-qara- sarı-çəhrayı rəngli həndəsiləşdirilmiş
gül təsviri verilmişdir. Güllərin yalnız bir sırası qara-qəhvəyi-ağ-sarı-qırmızı rənglə işlənmişdir. Xalçanın kompozisiyasının
əsasını təşkil edən güllərin aşağıdan yuxarıya doğru beşinci sırası baş-ayaq formada təsvir edilmişdir. Güllərin qara rəngli
1...,298,299,300,301,302,303,304,305,306,307 309,310,311,312,313,314,315,316,317,318,...362