312
Xalçanın kompozisiyası ara sahə və haşiyə hissəsindən
ibarətdir.
Sürməyi yerlikli ara sahə rombvari şəbəkə formasın-
da, üfüqi istiqamətdə simmetrik formalı, kiçik məsafəli
rapportlarla tərtib edilmişdir. Rombları təşkil edən
elementlər isə Təbriz xalçalarında tez-tez istifadə edilən
“balıq” elementləridir.
Xalçada tətbiq edilən “şəbəkə“ üslubu dekorativ-tətbiqi
sənətin bütün növlərində dönə-dönə tətbiq edilir. Hələ X
əsrdən məşhur olan bu kompozisiyadan yalnız xalçaçı-
lıqda deyil, miniatürlərdə, kitabların bədii tərtibatında,
memarlıq abidələrinin daxili xə xarici bəzəklərində və s.
istifadə olunurdu.
“Bəndi-rumi” kompozisiyası müxtəlif formalarda:
romb­­vari, altıbucaqlı və s. olur. Bu kompozisiyanın ən
geniş yayılmış forması rombvari formadır. “Bəndi-rumi”
kompozisiyasının özəlliyi onun həm sadə və eyni za-
manda, mürəkkəbliyindədir.
Bu xalçada təsvir edilən “Bəndi-rumi” kompozisiyası
digər xalçalardan özünəməxsus tərtibatı ilə seçilir. Bu
kompozisiya, eyni zamanda, “balıq toru” kimi də tanınır.
Ara sahədə təsvir olunan elementlər qırmızı, şəkəri,
ağ, mavi, sarı, sürməyi, zoğalı rənglərlə işlənmişdir. Ara
sahəni ağ yerlikli “mədaxil” əhatə edir.
1...,302,303,304,305,306,307,308,309,310,311 313,314,315,316,317,318,319,320,321,322,...362