313
Xalçanın ana haşiyəsi də ara sahədə olduğu kimi zəngin kompozisiya quruluşuna
malikdir.
Ana haşiyəni hər tərəfdən “zəncirə”lər əhatə edir. Sürməyi yerlikli “zəncirə”də
ağ, çəhrayı rəngli altıləçəkli güllər və bu gülləri bir-birinə zəncirvari formada bağ-
layan sürməyi rəngli dalğavari xətlər və kiçik ölçülü üçbucaqlar təsvir olunmuşdur.
Zoğalı yerlikli ana haşiyədə ağ, sarı, göy, qırmızı, çəhrayı rəngli “anagül” adlandı-
rılan elementlər ardıcıl olaraq bir-birini əvəz edir. Bu elementlərin arasında nisbətən
kiçik ölçülü sürməyi və çəhrayı rəngli səkkizləçəkli gül və “balıq” elementləri təsvir
edilib. Bu elementləri bir-birinə sürməyi rəngli budaqlar bağlayır. Boşluqlar kiçik
ölçülü müxtəlif həndəsi və nəbati elementlərlə doldurulmuşdur.
Haşiyə zolaqları bir-birindən ağ, qara rənglərlə işlənmiş “siçandişi”lərlə ayrılır.
Təbriz xalçaları üçün səciyyəvi olan rənglər bu xalçada yüksək peşəkarlıqla tərtib
edilmiş, ənənəvi kolorit uzlaşması, rəng tarazlığı saxlanılmışdır. Kontrast rənglərin
bir-biri ilə qanunauyğunluqla uzlaşmasından göz oxşayan şux bir görünüş yaradıl-
mışdır.
Xalçada ilk baxışdan sürməyi və qırmızı rənglər diqqəti cəlb edir. Digər rənglər
(mavi, göy, çəhrayı, açıq-qəhvəyi, kərpiciyə çalan qırmızı, zoğalı, yaşıl) isə ikinci
dərəcəli olmaqla, əsas rənglər arasında əlaqə yaradır.
Bununla da xalçanın rəng tərtibatında kolorit prinsipinə əməl edilməklə rəng ça-
larlarının seçilməsində yüksək peşəkarlıq və sərbəstlik müşahidə olunur ki, bu,
Təbriz qrupuna aid olan xalçalar üçün xarakterik xüsusiyyətlərdən biridir.
Xalçanın xovu yun, əriş və arğacı pambıqdır.
Xalça elmi, bədii, tarixi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
1...,303,304,305,306,307,308,309,310,311,312 314,315,316,317,318,319,320,321,322,323,...362