317
elementlər güldanlar, gülabdanlar, piyalələr və dolçalardır. Xalçanın müxtəlif
hissələrində, ümumilikdə on yeddi güldan, dörd piyalə, dörd dolça, iki bütöv
və dörd yarımçıq gülabdan təsvirləri verilmişdir.
Ara sahənin yuxarı və aşağı hissələrində hər tərəfdə iki, ümumilikdə dörd
sütun təsviri vardır. Sütunlar üzərində nəbati elementlər işlənmişdir.
Xalça çox zəngin naxış tərtibatına malik olduğu kimi, çoxsaylı rəng çalar-
larına malikdir. Xalçada on beş rəngdən istifadə edilmişdir. Əsas rənglər
sürməyi, mavi, göy, şəkəri, kərpici, açıq-qəhvəyi, ikinci dərəcəli rənglər
isə tünd-qəhvəyi, narıncı, boz, ağ, sumağı, qarpızı, çəhrayı, sarı və zoğalıdır.
Xalçanın koloriti açıq rənglərdən tutmuş isti tünd rənglərədək geniş rənglər
diapazonunu əks etdirir. Xalçada işlənmiş bütün rənglər Təbriz xalçaları palit-
rasına daxil olan rənglərdir. Xalçanın əsas elementlərində işlənmiş rənglər doldu-
rucu elementlərdə də təkrarlanmış, rəng tarazlığı saxlanılmışdır.
Xalçanın xovu yun, əriş və arğacı isə pambıqdır. Saxlanma vəziyyəti tamdır. Xal-
ça bədii, tarixi, elmi əhəmiyyət kəsb edir.
1...,307,308,309,310,311,312,313,314,315,316 318,319,320,321,322,323,324,325,326,327,...362