316
Medalyonların kənarları hər iki tərəfdən ağaclarla əhatə olunub. Bu ağaclar “sərv” ağacı-
nı xatırladır. Azərbaycanın sənət abidələri üzərində ağac təsvirləri çox geniş yayılmışdır.
Azərbaycan tətbiqi sənət əsərləri üzərində ən çox yayılmış obrazlardan biri də sərv ağacı-
dır. Xalçalarda ağacların təsvirləri, bir qayda olaraq, geniş sahədə, özü də kompozisiyanın
mərkəzində verilirdi. Bu ağaclardakı budaqlar əsas ana xətti, onların üzərindəki yarpaqlar,
güllər isə əlavə ünsürləri təşkil edirdi.
Xalq arasında sərv ağacına xüsusi hörmət və ehtiram bəslənir. Sərv ağacının
təsvirinə klassik ədəbiyyatda da təsadüf edilir. Qətran Təbrizi (XI yüzillik) yaz
fəslini təsvir edərkən sərv ağacının şamını yüksək tutur və onu xüsusi tərif edir. Ni-
zami Gəncəvi (XII yüzillik) “Xosrov və Şirin” poemasında atəşpərəstlərin sərv ağacı-
na qoşduqları “sərvi-səhi” (ikihaçalı düz bitən sərv) və “sərvistan” (sərv ağacı bitən
yer) kimi mahnıların adlarını qeyd edir.
Sərv ağacının təsvirlərinə Azərbaycan miniatürləri və dekorativ-tətbiqi sənətin
müxtəlif növləri üzərində də rast gəlinir.
Hələ eramızdan xeyli əvvəl Yaxın Şərqdə və eləcə də Azərbaycanda sərv ağacı
müqəddəs sayılaraq, ona sitayiş edilmişdir.
Xalçanın kənar hissəsində, sağ və solda ovalşəkilli medalyonun ətrafındakı
sürməyi yerlikdə insan başlı, quş qanadlı şir təsvirləri vardır. Bu təsvirlər Firdov­
sinin “Şahnamə”sindən götürülmüşdür.
Azərbaycan dekorativ-tətbiqi sənət əsərlərində və möhtəşəm sarayların divar və
tavan bəzəklərində şir və yaxud insan başlı, quş qanadlı şir təsvirləri vardır. Bu ob-
raz sənət əsərləri üzərində çox keçmişlərdən izlənir. Hələ 3-4 min il bundan əvvəl
Azərbaycanda yaradılmış sənət əsərləri üzərində onun təsvirinə rast gəlinir. Belə
sənət əsərləri sırasına e.ə. I minilliyə aid edilən, Gədəbəydən tapılmış tunc kəməri
və Cənubi Azərbaycanın Sulduz mahalında yerləşən Həsənli təpəsindən tapılmış
qızıl camı aid etmək olar.
Şəki Xan sarayının tavanındakı insan başlı, quş qanadlı şir obrazı da buna misal ola
bilər.
Xalçanın yuxarı və aşağı hissələrində hər tərəfdə iki, ümumilikdə dörd şəkəri yerlikli
mehrabşəkilli, yarımoval medalyonların içərisində quş və gül-çiçək təsvirləri vardır. Meh-
rabın kənarları qəhvəyi yerlikli haşiyə ilə əhatə olunub. Haşiyənin içərisində göy rəngli
nəbati naxışlar işlənmişdir. Mehrabşəkilli medalyonların kənarlarındakı boşluqlarda mavi
yerlikdə ağac, maral, ceyran və müxtəlif nəbati elementlər təsvir edilmişdir.
Xalçanın yuxarı və aşağı hissələrində güldan təsvirləri vardır. Güldanların sağ və solun-
da üzü əks istiqamətə yönəldilmiş “buta” motivləri işlənmişdir. Butaların yanında piyalə
təsvirləri verilib.
Xalçanın dörd küncündə güldan təsvir edilmişdir. Güldanlar mavi, şəkəri, xına rəngi, zo-
ğalı, sürməyi, açıq-yaşıl və açıq-qəhvəyi rənglərlə işlənmişdir. Xalçada diqqəti cəlb edən əsas
1...,306,307,308,309,310,311,312,313,314,315 317,318,319,320,321,322,323,324,325,326,...362