315
Mürəkkəb süjetli kompozisiya quruluşuna malik olan bu xalçanın əsas toxunma
mərkəzi Təbrizolmuşdur. Bu tipli süjetli-tematikxalçalarınnaxışları və süjetləri Təbrizin
peşəkar miniatür rəssamları tərəfindən yaradılırdı. XIV əsrdən başlayaraq, miniatür
rəssamlığının xalçaçılıq sənətinə, xüsusən süjetli kompozisiyaların işlənməsinə təsiri
müşahidə olunur. Bu təsir XVI əsrdə – parlaq, orijinal miniatür rəssamlığı məktəbinin
təşəkkül tapdığı zaman daha da gücləndi.
Sonralar bu tipli xalçalar İsfahanda və Kirmanda da toxunmuşdur. Toxucular arasında
bu xalça “Kəşmir” adlandırılır. Bəzi toxucular bu xalçanı “Mehrabi” adlandırırlar. Bu
xalçanın bədii quruluşu digər xalçalardan çox fərqlidir.
Xalçanın sürməyi yerlikli ara sahəsində bir böyük ölçülü göl yerləşdirilmişdir. Gölün
içərisində sürməyi yerlikli rombşəkilli, kənarları ləçəkli medalyon vardır. Medalyo-
nun mərkəzində bir böyük ölçülü güldan təsvir edilmişdir. Güldanın xalça üzərində
ilk təsvirinə Səfəvilər dövründən başlanmışdır. Səfəvilər dövründə xalça üzərində
təsvir edilən güldanlar “Xətai”, “Hacıxanım” və “Sərhasər” adı ilə tanınmışdır. Bu
xalçada təsvir edilmiş güldanlar “Sərhasər” adlandırılır.
Medalyonun içərisindəki güldanın sağ və solunda hər tərəfdə iki, ümumilikdə
dörd ördək təsvirləri vardır. Azərbaycan dekorativ-tətbiqi sənətində, o cümlədən
xalçalar üzərində ördək təsvirlərinin tarixi çox qədimdir. Ördək motivləri
dekorativ-tətbiqi sənətin müxtəlif növlərində stilləşmiş və yaxud aydın şəkildə
təsvir edilir. İlk əvvəllər bu tipli elementlər dini ayinlərlə əlaqələndirilirdisə, sonra-
lar dekorativ-tətbiqi sənətdə əvvəlki məzmununu itirmiş və yalnız bəzək məqsədi
ilə təsvir edilmişdir.
Gölün kənarlarında – sağ, sol, yuxarı və aşağı hissələrdə “tac”şəkilli kənarları,
ləçəkli, içərisində bitki motivləri olan “qübbə”lər vardır. “Qübbə”lərin arasındakı
boşluqlarda “Sərhasər” güldanları və “buta” motivləri yerləşdirilmişdir. Güldanların
və “buta” motivlərinin kənarları müxtəlif ölçülü nəbati elementlərlə və böyük ölçülü
“islimi”lərlə əhatə olunmuşdur.
Gölün yuxarı, aşağı hissələrində – hər tərəfdə bir böyük və iki kiçik ölçülü, ümumilikdə
altı güldan təsviri verilmişdir.
Xalçanın ara sahəsinin yuxarı və aşağı hissələrində saray təsvirləri vardır. Sarayı hər iki
tərəfdən sərvazlar (əsgərlər) qoruyur. Sarayın üstündəki səmada bulud təsvirləri verilmişdir.
Xalçanın kənarlarında – haşiyə hissəsində sağ və solda, mərkəzə yaxın hissədə “tac”şəkilli ya-
rımçıq gölün içərisində böyük ölçülü gülabdan təsvir edilib. Gülabdanların ətrafında sürməyi
yerlikli zolağın içərisi ərəb yazılarını xatırladan naxışlarla, digər boşluqlar isə nəbati
elementlərlə bəzədilmişdir.
Yarımçıq medalyonların yuxarı və aşağı hissələrində hər tərəfdə iki, ümumilikdə dörd
məscid təsviri verilmişdir. Məscidlər ovalşəkilli medalyonların içərisində yerləşdirilib.
1...,305,306,307,308,309,310,311,312,313,314 316,317,318,319,320,321,322,323,324,325,...362