332
gətirilmişdir. Sonralar Zərdüşt (Atəşpərəstliyin əsasını qoymuş şəxs) sərv ağaclarının birini Kaşqarda (Türküstanda), o biri-
ni Xorasanda (İranda) əkərək yaymağa başlamışdır.
Göllərin boşluqlarında, sərv ağacının sağ və solunda budaqları gül-çiçək, yarpaq təsvirli ağaclar vardır. Ağacların gövdəsi
və budaqları sürməyi, tünd-qırmızı rənglərlə, güllər tünd-qırmızı, mavi, qəhvəyi, sarı rənglərlə, yarpaqlar isə tünd-yaşıl və
qırmızı rənglərlə işlənmişdir.
Sarı yerlikli kiçik ölçülü göllərin alt hissəsindəki sürməyi yerlikli göllərin içərisində, kənarları dalğavari mehrab şəklində
olan medalyonun içərisində sürməyi gövdəli, budaqlarında onikiləçəkli güllər və yarpaqlar işlənmiş ağac motivi vardır.
Ağacların hər iki tərəfində sarı gövdəli, budaqları sürməyi, mavi, narıncı, açıq-yaşıl güllər və yarpaqlarla bəzədilmiş kiçik
ölçülü ağaclar təsvir edilmişdir. Gölün boşluqları gül-çiçəkli budaqlarla doldurulub.
Ara sahənin yuxarı hissəsində soldan-sağa istiqamətdə üçüncü gölün içərisində sürməyi yerlikdə “saçaqlı söyüd”, “Ağla-
yan söyüd” və yaxud “Məcnun söyüd” adlandırılan təsvir verilib. Qədim dövrlərdə yaxın Şərqdə, xüsusilə Qafqazda, İranda
və Hindistanda “Ağlayan söyüd” məhəbbət rəmzi kimi yozulurdu. Şərqdə divar bəzəklərində, həmçinin bədii ədəbiyyatda
əsrlərlə məhəbbət səhnələri, adətən, söyüd altında təsvir edilmişdir. Məhəbbət mövzusunda yazılmış “Leyli və Məcnun”
əsərində Leyli və Məcnun söyüd altında təsvir edilmişdir.
Gölün boşluqlarında və söyüd ağaclarının sağ və solunda güllü-çiçəkli budaqlar vardır.
Ara sahədə yuxarıdan-aşağı istiqamətdə dördüncü , soldan birinci, soldan-sağa istiqamətdə üçüncü, yuxarıdan-aşağı
istiqamətdə ikinci, altıncı, sağdan birinci sarı yerlikli göllərin içərisində “bəy gülü ” adlandırılan gül təsvirləri verilmişdir.
Gül budaqları bir-birinin ardınca sarmaşıq düzülüşü ilə tərtib edilərək, çox baxımlı bir görünüş yaradılmışdır. Sürməyi
rəngli budaqlarda tünd-qırmızı, çəhrayı, sürməyi, mavi, sarı rəngli güllər, tünd və açıq-yaşıl yarpaqlar br-biri ilə qanuna-
uyğunluqla uzlaşdırılaraq xalçaya təkraredilməz , canlı görünüş gətirir. Eyni motivlər xalçanın bala haşiyələrində, eyni
yerlikdə təkrarlanır.
Ara sahənin yuxarı hissəsində yuxarıdan-aşağı istiqamətdə üçüncü, soldan-sağa istiqamətdə ikinci və dördüncü mavi
yerlikli göllərin içərisində üzüm ağacını xatırladan və kənarları pilləli yarımçıq medalyon təsvirləri vardır. Üzüm ağacının
(tənək) gövdəsi tünd-qəhvəyi, narıncı, budaqları tünd-qırmızı, narıncı, yarpaqları isə açıq və tünd-yaşıl rənglərlə tərtib edil-
mişdir. Boşluqlar sürməyi, qəhvəyi, çəhrayı, yaşıl rənglərlə işlənmiş gül-çiçəklərlə bəzədilib.
Xalçanın ara sahəsinin yuxarı hissəsində soldan və sağdan birinci, yuxarıdan-aşağı istiqamətdə ikinci qəhvəyi yerlikli
göllərin içərisində bir böyük və altı kiçik ölçülü ağac təsvir edilib. Ağaclarda üç, dörd, beşləçəkli güllər və çiçəklər vardır.
Gölün aşağı künclərində yarımçıq medalyonlar yerləşdirilib. Yaşıl yerlikli yarımçıq medalyonlarda da güllər işlənmişdir.
Ara sahənin sağ və solunda yuxarıdan-aşağı istiqamətdə, üçüncü cərgədə sürməyi yerlikli göllərin içərisində zoğalı
yerlikdə güldan vardır. Güldanın içərisində mavi, qəhvəyi, qırmızı, şəkəri, çəhrayı rənglərlə işlənmiş güllər, açıq və tünd-
yaşıl, qırmızı rəngli çiçəklər tərtib edilmişdir. Güldanın sağ və solundan şəkəri, açıq-yaşıl yarpaqlı budaqlar sallanır. Gülda-
nın hər iki tərəfində qəhvəyi gövdəli gül ağacı işlənib. Gölün boşluqları güllərlə bəzədilib.
Ara sahənin mərkəzindəki mavi yerlikli gölün içərisində onaltıləçəkli medalyon yerləşdirilib. Medalyonun yuxarı və aşa-
ğı hissələrindən gül-çiçəkli budaqlar şaxələnir. Medalyonun içərisində səkkizləçəkli, nisbətən kiçik ölçülü medalyon var-
dır. Onaltıləçəkli medalyonun hər bir ləçəyində bir gül təsviri verilib. Sarı, qırmızı, açıq-yaşıl, sürməyi, mavi, açıq-qəhvəyi
rənglər bir-biri ilə yüksək peşəkarlıqla və qanunauyğunluqla uzlaşdırılaraq, gözoxşayan, zəngin rəng palitrası yaradılıb.
Medalyon, ümumilikdə günəş forması almışdır.
Mavi yerlikli gölün sağ və solunda mərkəzdən bir qədər aşağı hissədə, sürməyi-yaşıl çalarlı gölün içərisində “buta”
motivləri vardır. Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, o cümlədən xalçalarda bu motiv çoxsaylı for-
malarda tərtib edilmişdir. Burada təsvir edilən buta motivləri Nadir şahın və Qacarın əbalarındakı butalarla eynidir. Bu növ
butalar qədim dövrlərdə Təbrizdə istehsal edilmiş ipək parça və tirmələrin üzərində də vardır. Butalar sarı, mavi, çəhrayı,
açıq-yaşıl rənglərlə tərtib edilib. Butaların arasında sarmaşıq düzülüşünə bənzər çiçəkli budaqlar təsvir edilmişdir. Butalar-
da tərtib edilmiş rənglər ağ rəngli budaqlardakı güllərdə də təkrarlanır.
Mərkəzdəki mavi yerlikli gölün üstündəki qara yerlikdə, sağ və soldakı açıq-qəhvəyi yerlikdəki ağac motivləri forma
etibarilə bir-birinə çox yaxındır. Qəhvəyi gövdəli və budaqlı ağac nisbətən canlı, ağ, narıncı rəngli çiçəklər daha aydın
nəzərə çarpır. Boşluqlardakı çəhrayı, tünd-qırmızı güllərin rəngi ağacın sağ və solundan şaxələnən budaqlardakı güllərin
rəngi ilə uzlaşır. Sağ və soldakı mavi rəngli güllər də rəng düzümünü zənginləşdirir.
Sürməyi, mavi gövdəli və budaqlı ağaclar incə tərtibatı ilə diqqəti cəlb edir. Budaqlardakı sürməyi, çəhrayı güllərin rəngi
yuxarı və aşağı künclərdəki güllərin rəngləri ilə uzlaşaraq, xüsusi ahəng yaradır.
1...,322,323,324,325,326,327,328,329,330,331 333,334,335,336,337,338,339,340,341,342,...362