331
Təbriz və onun ətrafının təbiəti burada toxunan xal-
çaların rəng həllinə təsir etməklə yanaşı, onların kom-
pozisiyalarında da əks olunur. Təbriz şəhərinin dünya
şöhrəti qazanmış bağları və xiyabanları, oranın zəngin
bitki aləmi xalçaçıların yaradıcılıq təxəyyülünə təsir
göstərmişdir. Xalçaçılar toxuduqları məmulatlarda bu
ecazkar görünüşü canlandırmağa çalışmışlar. Müxtəlif
formalı ağacların, güllərin xanalarda xalça boyunca pay-
lanması xalçaya fərqli bir görünüş bəxş edir. Belə tip xal-
çalar evdə xüsusi ab-hava yaratmağa, təbiətin gözəlliyini
çatdırmağa xidmət edir.
Xalça “Ağaclı“ kompozisiyası əsasında toxunmuşdur.
Xalçanın bədii quruluşu ara sahə və haşiyə hissələrin­dən
ibarətdir. Çox mürəkkəb kompozisiya quruluşuna malik
olan bu xalçanın ara sahəsində otuz üç böyük və dörd
kiçik ölçülü dördbucaqlı göl təsvir edilmişdir.
Xalçanın ara sahəsinin yuxarı və aşağı künclərində
sürməyi yerlikli dördbucaqlı göllərin içərisində beşləçəkli
yarımçıq medalyon yerləşdirilmişdir. Bitməmiş bu me-
dalyonlar iyirmiləçəkli medalyonun dörddəbir hissəsi­
dir.Medalyonların içərisində çəhrayı, sarı,mavi, sürməyi,
narıncı, açıq-qəhvəyi, firuzəyi, tünd-qırmızı, açıq-yaşıl
rənglərlə işlənmiş gül-çiçək və yarpaq təsvirləri vardır.
Medalyonların kənarları daxildən şəkəri, xaricdən isə
narıncı “su”larla işlənib. Göllərin boşluqlarında gül-
çiçək, yarpaq və budaq təsvirləri verilib.
Ara sahənin yuxarı və aşağı hissələrindəki sarı yerlikli
kiçik ölçülü göllərin içərisində “sərv” ağacını xatırladan
element çox aydın nəzərə çarpır. Azərbaycan dekorativ-
tətbiqi sənətində, o cümlədən xalçalarda təsvir edilən
nəbati ornamentlər arasında çox geniş yayılmış bəzək
ünsürlərindən biri də “sərv ağacı”dır. Sənət əsərlərində
tez-tez təsadüf edilən bu bəzək, adətən, yüksək zövq və
ustalıq bacarığına malik olan sənətkarlar tərəfindən icra
edilirdi.
Türk xalqlarında ağaca inam çox güclü olmuşdur. Bu
da onların mifik görüşləri ilə əlaqədardır. Onlar ağaca
həmişə bir yaradıcı qüvvə kimi baxmışlar. Ağacı diriliyin
bir nişanəsi kimi müqəddəsləşdirmiş və sənət əsərlərində
əsrlər boyu dönə-dönə təsvir etmişlər.
Sərv ağacının təsvirinə, əsas etibarilə, klassik ədə­biy­
yatda təsadüf edilir. XII əsrin dahi şairi Nizami Gəncəvi
“Xosrov və Şirin” poemasında atəşpərəstlərin sərv ağa-
cına qoşduqları “sərv-səhi” (ikihaçalı düz bitən sərv) və
“Sərvistan” (sərv ağacı bitən yer) kimi mahnıların adla-
rını qeyd etmişdir.
XV əsrin tanınmış şairlərindən Nəsimi, XVI əsrin gör­
kəmli şairi Füzuli və b. Azərbaycan şairləri əsərlərində
sərv ağacı ilə əlaqədar olan “Sərvi-sitah”, “Sərvi-siyah”,
“Sərvinaz” və s. kimi nəğmə adlarını çəkmişlər.
Sərv ağacının təsvirinə Azərbaycanın dekorativ-tətbiqi
sənətinin müxtəlif növlərində, o cümlədən miniatürlərdə
də tez-tez rast gəlinir.
Hələ eradan əvvəl Yaxın Şərqdə, həmçinin Azərbay­
can­da sərv ağacı müqəddəs sayılaraq, ona sitayiş edil-
mişdir. Rəvayətə görə sərv ağacının ilk şaxələri behiştdən
1...,321,322,323,324,325,326,327,328,329,330 332,333,334,335,336,337,338,339,340,341,...362