333
Ara sahənin sağ və solunda yuxarıdan-aşağı istiqamətdə beşinci, sağ və soldan birinci çəhrayı yerlikli göllərin içərisində
mavi, sarı, tünd-qırmızı, sürməyi, qəhvəyi rəngli güllərlə bəzədilmiş mavi və sürməyi gövdəli və budaqlı ağac təsvir edilib.
Yarpaqlar açıq-yaşıl, qəhvəyi, sürməyi, tünd-yaşıl, cüzi nəzərəçarpan qırmızı rənglərlə tərtib edilib. Ağacın sağ və solunda
kiçik ölçülü sürməyi gövdəli və açıq-yaşıl , sarı, qəhvəyi, sürməyi, ağ yarpaqlı ağac vardır. Boşluqlar güllü-çiçəkli budaqlarla
doldurulub.
Mərkəzdəki mavi yerlikli gölün altında, qırmızı rəngli yerlikdə sağ və soldan sütunlu, yuxarı hissələri dalğavari mehrabşə­
kil­li ara sahədə çilçıraq formalı motiv təsvir edilib. Boşluqlar güllü, yarpaqlı budaqlarla, aşağı hissədə isə bir cüt “buta”
motivi ilə bəzədilib. Gölün sürməyi yerlikli boşluqlarında sarı, qəhvəyi, çəhrayı, yaşıl rəngli güllər vardır.
Ara sahədəki “buta” təsvirli göllərin altındakı mehrabşəkilli sarı yerlikdə təsvir edilmiş ağac təsvirli göllər xalçanın ümu-
mi görünüşünü canlandırır. Sürməyi, çəhrayı, ağ rənglərlə işlənmiş güllər, zoğalı gövdə və budaqlar da çox aydın nəzərə
çarpır. Ağacların sağ və solundakı kiçik ölçülü ağaclardakı rənglər də yüksək zövq və bacarıqla tərtib edilmişdir.
Ara sahədə aşağıdan-yuxarı istiqamətdə ikinci, sağ və soldan birinci göllərdə çəhrayı gövdəli və budaqlı , çox nadir hallar-
da təsadüf edilən ağac təsvirləri verilib. Qərənfil gülünü xatırladan qəhvəyi gövdəli və budaqlı, nisbətən kiçik ölçülü ağac-
lar boz yerlikdə canlı vəhdət duyğusu yaradır. Gölün künclərində mavi, çəhrayı rəngli dördləçəkli güllü budaqlar, yuxarı
künclərdə isə qəhvəyi, sürməyi, sarı güllü; sarı, boz, yaşıl yarpaqlı budaqlar işlənmişdir.
Ara sahənin aşağı hissəsindəki sarı yerlikli, kiçik ölçülü göllərin üst hissəsindəki göllərdə sürməyi yerlikdə açıq-qəhvəyi
gövdəli və tünd-qırmızı, açıq-qəhvəyi budaqlı ağac təsviri verilib. Güllər mavi, çəhrayı, ağ, narıncı, yarpaqlar açıq və tünd-
yaşıl rənglərlə işlənib. Aşağı künclərdə mavi, yuxarı künclərdə isə zoğalı yerlikli yarımçıq medalyonlarda da gül-çiçək
təsvirləri vardır. Bu tipli gül-çiçək təsvirləri İrəvan Sərdar sarayının divarında da olmuşdur. Ara sahənin aşağı hissəsində
sarı yerlikli kiçik ölçülü göllərin arasında, sürməyi yerlikli gölün içərisindəki güldanda çəhrayı, tünd-qırmızı, qara, qəhvəyi,
mavi rəngli beşləçəkli güllər, tünd-qəhvəyi və açıq-yaşıl, ağ yarpaqlarla dolu qəhvəyi budaqlar təsvir edilib. Gölün aşağı
künclərindən yuxarıya doğru güllü budaqlar şaxələnir.
Xalçanın ara sahəsindəki göllər bir-birindən içərisində çəhrayı, ağ rəngli güllər işlənmiş zəncirvari halqalarla ayrılır.
Spiralşəkilli halqalar mavi rənglə tərtib edilib.
Xalçanın qara yerlikli ana haşiyəsində iyirmi ağ yerlikli kətəbə tərtib edilib. Kətəbələrin içərisində, mərkəzdə sürməyi,
çəhrayı, mavi rənglərlə işlənmiş səkkizləçəkli gül vardır. Səkkizləçəkli gülü qəhvəyi, mavi, çəhrayı rənglərlə işlənmiş güllər
əhatə edir. Kətəbələrin boşluqlarında “bulud” adlandırılan motivlər vardır. Bəzi toxucular bu motivləri stilləşmiş əjdaha
və ya ilan kimi yozurlar. Bu motivlər tünd-qırmızı, kənarları isə qara rəngli “su”larla işlənib. Ana haşiyənin boşluqlarında
çəhrayı, mavi, tünd-qırmızı, açıq-qəhvəyi, ağ, qara, boz, açıq-yaşıl rənglərlə işlənmiş dördləçəkli medalyonlar vardır.
Ləçəklərin arasında güllü, yarpaqlı budaqlar şaxələnir və haşiyənin boşluqları boyu uzanır. Ana haşiyə hər iki tərəfdən
içərisində sürməyi, yaşıl, qırmızı, mavi rəngli yarpağabənzər motivlər işlənmiş narıncı yerlikli mədaxillərlə əhatə olunub.
Mədaxillər daxildən ağ, qəhvəyi rəngli “siçandişi”lərlə, xaricdən isə qara rəngli “su”larla tamamlanır.
Açıq-yaşıl yerlikli xarici bala haşiyə xaricdən içərisində açıq-qəhvəyi dalğavari xətlər işlənmiş qara yerlikli, daxildən isə
qara dalğavari xətli sürməyi yerlikli mədaxillərlə əhatə olunub. Dalğaların arasında tünd-qırmızı, açıq-yaşıl, ağ, qəhvəyi
rənglərlə işlənmiş çiçəklər vardır.
Kərpiciyə çalan qırmızı yerlikli ensiz haşiyələr sarmaşıq düzülüşlü budaqlar, gül və yarpaqlarla bəzədilib. Haşiyələrin
kənarları yaşıl, qara rəngli “su”larla tamamlanır.
Xalçanın kənarları daxildən tünd-qırmızı, bəzi hissələrdə kərpiciyə çalan qırmızı, xaricdən mavi rəngli zolaqlarla əhatə
olunub.
Xalçada istifadə edilən bütün rənglər təbii boyalardan alınmış, iplər isə əldə əyirilmişdir. Xalçanın xovu yun, əriş və arğacı
pambıqdandır. Xalça tarixi, bədii, elmi əhəmiyyət kəsb edir. Saxlanma vəziyyəti əladır.
1...,323,324,325,326,327,328,329,330,331,332 334,335,336,337,338,339,340,341,342,343,...362