68
18 yaşında İbn Sina artıq həkim kimi bir çox dövlət adamla-
rını, şəxsiyyətləri müalicə edərək daha da şöhrətlənir. O, çox
gərgin həyat keçirir. İslamı və fəlsəfəni gözəl bilən alimin çox-
lu düşmənləri də var idi. Buna görə də tez-tez bu şəhərdən
o şəhərə köçmək məcburiyyətində qalırdı. Ömrünün son
illərini İsfahanda və Həmədanda yaşamışdır. Həmədanda
hökmdar onu saray həkimi, sonra isə vəzir təyin etmişdir. İbn
Sina vəzir kimi də böyük hörmət qazanmışdır. Onun “Tibb
ensiklopediyası” (4 cildlik), müxtəlif fəlsəfi kitabları, astrono-
miya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
“Təbabət elminin qanunu” (5 cildlik) – XII əsrdə latın dilinə
tərcümə olunur və bütün Avropa tibb məktəblərində uzun
müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan
anatomiyasından tutmuş bir çox xəstəliklər, onların səbəbləri,
müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və
dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər
və s. verilmişdir. Xəstəliklərin etimologiyasına aid biliklərin, in-
sanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması
hallarının özünəməxsus şəkildə izahı, bunların tibb aləmində
bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən bö-
yük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq
üçün müxtəlif faktorlara – qidaya, geyimə, burun vasitəsilə düz-
gün nəfəs almağa, bədən quruluşunu həmişə düzgün formada
saxlamağa, xasiyyətini tarazlamağa, bədənini “lazımsız tul-
lantılardan” təmizləməyə, fiziki və əqli aktivliyə uyğun-
laşmalıdır:
Onun bu xarakteristikası bu günədək öz əhəmiyyətini
itirməmişdir. Nəbzə görə xəstənin müayinəsi onun
qeyri-adi istedadından xəbər verir. İnsanda vegetativ
dəyişikliklərə uyğun olaraq, onun beyninin vəziyyəti,
psixoloji durumu ona bir çox şeyləri xəbər verirdi. San-
ki, sonralar onun bu elmi nailiyyətindən istifadə edərək,
müxtəlif eksperimentlər aparılmış və “yalan detektoru”
kimi aparatlar kəşf olunmuşdur.
İbn Sina ömrünün son illərində mədə sancılarından
əziyyət çəkirdi. O, bu xəstəliyi haqda kitab belə yazmışdı;
öz-özünü böyük ustalıqla müalicə edə bilirdi. Lakin həmişə
deyirdi: “Məni yaradan, məni mən tək idarə etməkdə gücsüz-
dür, bu xəstəliyi müalicə etmək əhəmiyyətsizdir”. Şagirdi onun
resepti ilə dərmanı düzgün hazırlamır və 58 yaşlı böyük alim
mədə xorasının deşilməsindən dünyasını dəyişir, 1037-ci il 18
iyunda Həmədanda dəfn edilir. 1954-cü ildə onun mavzoleyi
açılır.
Bilik və bacarığı ilə fəlsəfə, riyaziyyat, astronomiya, fizika, kimya, tibb və musiqi kimi müxtəlif
sahələrdə seçilən İbn Sina riyaziyyat elmində riyazi terminlərin tərifi, astronomiya sahəsində isə
həssas müşahidələrin aparılması mövzuları ilə maraqlanmışdır.
O, astrologiya və əlkimyaya etibar etməyib “Dəyişilmə” nəzəriyyəsinin doğru olub- olmadı-
ğını apardığı təcrübələrlə tədqiq etmiş və doğru olmadığını isbat etmişdir. İbn Sinaya görə hər
element yalnız özünəxas keyfiyyətlərə malikdir və beləliklə, daha dəyərsiz metallardan qızıl və
gümüş kimi daha dəyərli metalların əldə edilməsi mümkün deyil.
İbn Sina mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən Aristotelin hərəkət anlayışını tənqid
etmişdir. Aristotel cismi hərəkət etdirən qüvvə ilə cisim arasındakı toxunma yox olduqda, cismin
hərəkətini davam etdirməsini təmin edən amilin şərait, yəni hava olduğunu bildirir və havaya biri
cismə müqavimət, digəri isə cismi daşıma olmaq kimi bir-birinə uzaq olan iki vəzifəni yükləyirdi.
İbn Sina bu zidd durumu sezmiş, apardığı müşahidələr nəticəsində hava ilə küləyin güclərini
müqayisə etmiş və Aristotelin haqlı ola bilməsi üçün havanın şiddətinin küləyin şiddətindən
daha çox olması nəticəsini çıxarmışdır. Ancaq bir ağacın yaxınından ötüb keçən bir ox, ağaca
dəymədiyi müddətcə, ağacda və yarpaqlarında ən xırda bir tərpənmə meydana gətirmədiyi hal-
da, külək ağacları silkələməkdə və hətta kökündən qopara bilməkdədir. Elə isə havanın şiddəti
cisimləri daşımaq üçün kifayət deyil.
İbn Sina, hər şeydən öncə, həkimdir və bu sahədəki tədqiqatları ilə məşhurdur. O, tibblə əlaqəli
bir çox əsərlər qələmə almışdır. Bunlar arasında xüsusilə ürək-damar sistemi ilə əlaqəli olanlar
1...,58,59,60,61,62,63,64,65,66,67 69,70,71,72,73,74,75,76,77,78,...362