67
İbn Sinaya həsr edilmiş xalçalar Təbriz qrupuna daxil olan
çox dəyərli və məzmunlu xalçalar sırasına daxildir. Qey-
ri-adi istedada malik olan İbn Sina miniatürçü-rəssamların,
xəttatların və peşəkar xalçaçıların böyük marağına səbəb
olmuşdur. Bu tipli xalçalardakı obrazlar çox ifadəli emosi-
onal təsir bağışlayır. Bu xalçalarda klassik kompozisiyanın
qanuniləşdirilmiş quruluşu yoxdur, bədii formaların ciddi
qaydaları dəyişdirilmişdir. Lakin obrazların tamlığı, ritmik,
parlaq, təzadlı rənglərin növbələşməsinə əsaslanan kolorit
həlli insanı həyəcanlandıran kompozisiyanın qeyri-adi emo-
sional qüvvəsini nəzərə çarpdırır.
Xalça süjetli səhnə, haşiyələr isə “çiçək yatağı” kompozisiya-
sı əsasında tərtib edilmişdir.
Xalça İbn Sinaya həsr edilmişdir. Əbu Əli Sina (980-1037)
– bəşəriyyətin ən böyük təbiblərindən biridir. Buxara yaxın-
lığında dünyaya göz açmış, qısa ömründə böyük titullar qa-
zanmışdır: Hüdcətül-Haqq (Həqiqət carçısı); Şeyx-ül-Rəis
(böyük, müdrik), Harami buzurq (Dahi təbib), Şərəf-ül-Mülk
(Ölkənin ən şərəfli insanı).
Əbu Əli Sina müxtəlif adlarla tanınır. Avropada onu Avi-
senna, İranda Bu Əli Sina, yaxud Ebnisina, yaxud da Əbu Əli
Sina, Azərbaycanda İbn Sina kimi tanıyırlar.
Çox kiçik yaşlarından qeyri-adi istedadı ilə seçilən İbn Sina
10 yaşında sərbəst Quran oxuyur, ərəb klassiklərinin əsərlərini
əzbər bilirdi. 16 yaşa qədər hüquq və fəlsəfə ilə maraqlansa da,
sonralar təbabətə meyil göstərir və dünya şöhrətli təbib olur.
17 yaşlı İbn Sina hökmdarı müalicə edir. Hökmdar bu qeyri-
adi oğlanı çox bəyənir və öz sarayının kitabxanasını ona həvalə
edir. Böyük kitabxana İbn Sina üçün çox qiymətli tapıntı olur.
Sərbəst mütaliələr, gözəl müşahidə və düşünmə qabiliyyəti
onun dahi həkim kimi məşhurlaşmasına səbəb olur.
1...,57,58,59,60,61,62,63,64,65,66 68,69,70,71,72,73,74,75,76,77,...362