69
diqqətəlayiqdir. Ancaq “İbn Sina” dedikdə, ilk növbədə, onun adı ilə bütünləşmiş və
Qərb ölkələrində XVI əsrin, Şərq ölkələrində isə XIX əsrin əvvəllərinə qədər oxunmuş və
istifadə edilmiş “Əl Qanun-fit Tibb” adlı əsəri yada düşür.
Göz ilə də maraqlanmış İbn Sina dövrünün seçilən fiziklərindən İbn Heysəm kimi Göz-
şüa nəzəriyyəsini müdafiə etmiş və üst göz qapağının xaricə çıxması, davamlı ağ rəngə
və ya qara baxmaqdan meydana gələn qar korluğu kimi daha öncə bəhs edilməyən
xəstəliklər haqqında da təfsilatlı izahlar vermişdir.
İbn Sina fəlsəfəsi məşşa (yol gedə-gedə fəlsəfəni bəyan etmək) təliminə əsaslanmışdır.
Məhz buna görə ona Məşşa (xüsusi məktəbin adıdır) deyilirdi. İbn Sina fəlsəfədə çox
mahirləşmişdi. Əl-Fərabinin davamçısı idi. Həmçinin Şərqdə Aristotelin fəlsəfi təlimləri­
ni yayanlardan biri idi. O, fəlsəfəyə və tibbə aid fikirlərinə görə dörd il həbsdə olmuş­dur.
Xalçanın şəkəri yerlikli ara sahəsində minbərin üstündə əyləşən, əlində qırmızı cildli
kitab olan İbn Sinanın əksi yerləşir. Xalçanın ümumi görüntüsündən məlum olur ki, İbn
Sinanın tələbələri ondan dərs almağa, ona sual verməyə gəlmişlər. Ara sahənin aşağı
hissəsində, sağ küncdə əyləşən katib (mirzə) İbn Sinanın söylədiyini yazıb sənədləşdirir.
Ara sahənin aşağı hissəsində iki – qəhvəyi və qırmızı cildli kitab vardır. Üstündə “
“ (İbn Sina), kənarında isə “
” (Kaşan xalçasıdır və toxuyanın adı Sərəfrazdır).
Altdakı kitabın kənarında “
” (Rəssam Əfsəri) yazılıb.
Kaşan elində yaşayan azərbaycanlılar bir-birindən gözəl xalçalar toxumuşlar. Xalça-
da adı çəkilən azərbaycanlı rəssam Əfsəri və toxucu Sərəfraz yüksək bədii sənətkar­
lıq nümunəsi yaratmışlar. Burada təsvir edilən İbn Sina və onun tələbələrinin söhbət
səhnəsi dəqiqliklə işlənmişdir. Hər
bir obrazın mimikası, jestləri onla-
rın məsələyə münasibəti­ni aydın
gös­tərir. Burada təsvir olunan ob­
raz­lardan heç biri təsadüfi və pas-
siv görünmür, onların hər birinin
çözülən məsələyə münasibətini rəs­
sam detallarla çatdırmış və toxucu
onu xüsusi incəliklə xalçaya köçür-
müşdür. Xalçaya baxarkən ümu­mi
tablo göz önündə canlanır və bir
mə­kan daxilində olan dinamika ma­
rağı daha da artırır. Əllərində və
qoltuqlarında kitab olan, sual ver­
mək üçün əlini uzadan, fikrə dalan,
etiraz etmək istəyən və valeh olan
tə­ləbələrin müxtəlif yaşda və ge­yim­
də verilməsi İbn Sinanın fəl­səfi söh­
bətlərinin maraqlılığını, əhatə­lili­yini
göstərir.
Xalçanın ara sahəsini sürməyi yer­
likli ana haşiyə əhatə edir. Ana ha­
şiyə çəhrayı, şəkəri, mavi, ağ rəng­li
güllər və yaşıl, qəhvəyi rəngli yar­
paqlarla bəzədilmişdir. Ana haşiyə­
ni daxildən içərisində mavi, sür­
məyi rəngli güllər və budaqlarla
bə­zə­dil­miş zoğalı yerlikli, xaricdən
isə mavi, sürməyi rəngli güllər və
sumağı, sürməyi rəngli budaqlar iş­
lənmiş şəkəri yerlikli bala haşiyələr
əhatə edir. Xarici haşiyənin kənarla­
rı sürməyi, şəkəri, daxili haşiyənin
kənarları isə xaricdən şəkəri, daxil­
dən isə zoğalı “su”larla tamamlanır.
Xalçada on iki rəng çalarından is­
tifadə edilmişdir. Rəng ahəng­dar­lığı
yüksək peşəkarlıqla həll edi­lib. Xal-
ça tarixi, bədii, elmi əhə­miyyət kəsb
edir. Saxlanma vəziyyəti əla­dır. Xal-
çanın xovu yun, əriş və arğacı pam­
bıqdır.
1...,59,60,61,62,63,64,65,66,67,68 70,71,72,73,74,75,76,77,78,79,...362