18
18
Gəncə və Gəncə bölgəsi müstəqillik ideyalarını qoruyub saxla-
dı. Sovet hökuməti isə bunun müqabilində irticaçı tədbirlərini
da­vam etdirdi. 1935-ci ildə Gəncənin tarixi adı yenidən dəyişdi­
rilə­rək, Azərbaycanın bolşevik rəhbərlərindən biri olan Kiro-
vun şərəfinə Kirovabad adlandırıldı. 1980-ci illərin sonlarında
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizə
zamanı şəhərin tarixi adının bərpası yenidən gündəmə gəldi.
Azərbaycanın sovet rəhbərliyinin müqavimətinə baxmayaraq,
1989-cu il dekabrın 30-da Gəncənin tarixi adı bərpa edildi. Gən­
cə və Gəncə bölgəsi Azərbaycanın qərbində Ermənistan Silahlı
qüvvələrinin təcavüzünün qarşısının alınması və müstəqillik
uğ­runda xalq hərəkatının mərkəzlərindən biri oldu. 1991-ci il
oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında
Kons­titusiya aktı elan edildi (Xəritə 9). Müstəqil Azərbaycan Res­
pub­likasının ilk dövrlərində həyata keçirilən tədbirlər zamanı
yol verilən səhvlər onun varlığı üçün ciddi təhlükələr yaratmğa
baş­ladı. 1993-cü il iyunun əvvəllərində Gəncədə baş verən ha­
disələr vətəndaş müharibəsi təhlükəsi ilə müşayiət olundu. Yal-
nız Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ha­
kimiyyətə qayıtması ilə ölkədə sülh və əmin-amanlıq yaradıldı.
Gəncə və Gəncə bölgəsi Heydər Əliyevin həyata keçirdiyi daxili
və xarici siyasət xəttini müdafiə etdi. Müasir dövrdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin siyasəti nəticəsində
Gəncə şəhəri və bütövlükdə Gəncə bölgəsi sürətlə inkişaf edir.
Prezident İlham Əliyevin 2012-ci il yanvarın 24-də, eyni gündə
həm Gəncə şəhərinin, həm də Goranboy rayonunun sosial-
iqti­sadi inkişafını daha da sürətləndirmək haqqında verdiyi
sərəncam­lar diqqətəlayiq sənədlərdir. Bu sənədlərdə real vəziyyət
Azərbaycan Respublikası
Xəritə 9
Qaynaq: War against Azerbaijan. Targeting Cultural Heritage. Baku, 2007
Gəncə şəhərinin gerbi.
1...,10,11,12,13,14,15,16,17,18,19 21,22,23,24,25,26,27,28,29,30,...100