79
79
və başqalarından istifadə edilirdi. Zahirən sadə görünən bu iş üsulu Gəncə boyaqçılarından böyük məharət tələb edirdi.
Xalçalarda istifadə edilən qırmızı, yaşıl, sarı, mavi, sürməyi, qara kimi əsas rənglərin və onların çalarlarının alınması üçün
qoz qabığı, nar qərzəyi, indiqo, tut, heyva, qoz ağaclarının yarpaqlarından, “boyaqotu” kolunun köklərindən və müxtəlif
vasitələrdən istifadə edilirdi. Bu səbəbdən də yüz ildən artıq tarixi olan xalçada heç bir rəng solğunluğu yoxdur.
Təqdim edilən bu xalça xonçalıdır. O, ara sahə və yeləndən ibarətdir, xalça büsbütün nəbati mənşəli naxışlarla bəzənib.
Ara sahə boyu silsiləvi toxunmuş güllərin sonluğunda oxşəkilli başlıqlar toxunub. Xalça xalq sənətinin ən tanınan
nümunələrindən biridir.
İplər yerli qoyunlardan alınmış keyfiyyətli yundan əyrilmişdir. Toxucu əvvəlcədən hansı motivləri toxuyacağını
dəqiqləşdirmiş və istədiyi rəngləri əldə etmək üçün ipləri hələ qədimdən geniş şöhrət qazanmış Gəncə boyaqçılıq emalat-
xanalarında boyatdırmışdır. Xalçada təbii yolla, altı rəngin çalarında olan və əl ilə əyrilmiş yun iplərdən istifadə edilmiş-
dir. Ağ, qırmızı, sarı, yaşıl, mavi, qara rənglər xalçaya xüsusi görünüş bəxş edir. Sürməyi rəng indiqodan alınmşdır. Xalça
Naftalanda şəxsi evdə saxlanılır.
Xalçanın sıxlığı 30x35 sm-dir. Yolluq formasında olan xalçanın hündür xovu, əriş və arğacı yundur. Xalça tarixi, elmi və
bədii əhəmiyyət daşıyır. Saxlanma vəziyyəti əladır.
Xalça. Yun. Xovlu. 330x82. 1900-cü illər. Gəncə qrupu. Azərbaycan.
Azərbaycan xalçaları / GƏNCƏ QRUPU
1...,71,72,73,74,75,76,77,78,79,80 82,83,84,85,86,87,88,89,90,91,...100