19
İrəvan və Naxçıvan xanlarının ailəvi fotosu.
Mərkəzdə: Abbasqulu xan İrəvanski, solda Tərlan xanım (İsmayıl xan Naxçıvanlının qızı) və onların qohumları.
İrəvan şəhərinin planı.
İrəvan quberniyası Qafqaz cəbhəsi və Qafqaz or­
dusunun yaxın arxa cəbhəsi idi. Quberniyanın İrəvan,
Aleksandropol, Naxçıvan və b. qəzalarında ehtiyat
his­sələr və könüllü dəstələri yerləşdirilmişdi.
Fevral inqilabı (1917) nəticəsində çarizmin dev­ril­
məsi xəbəri İrəvan quberniyasına martın əvvəllərində
çatdı. Quberniyada Müvəqqəti hökumətin yerli ha­
kimiyyət orqanlarının formalaşdırılmasına başlandı.
Martın 14 (27)-də təşkil olunan Quberniya İcraiyyə
Ko­mitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin (rus­
ca OZAKOM - Особый Закавказский Комитет) yer­
li orqanı elan etdi. Qəzalarda da icraiyyə komitələri
ya­radıldı. Müvəqqəti hökumət tərəfindən İrəvan qu­
berniyasına və qəzalara komissarlar təyin edildi.
Fevral inqilabından (1917) sonra İrəvan quber­niya­
sında sovetlər də yaranmağa başladı. Martın 8 (21)-də
Aleksandropolda əsgər, sonra isə fəhlə deputatları so­
vetləri meydana gəldi. Hər iki sovet tezliklə birləşdi.
İrəvan şəhərində də martın 12 (25)-də əsgər, apreldə
isə fəhlə deputatları sovetləri yarandı. Mart ayı ər­
zində İrəvan quberniyasının şəhərlərində sovetlər təş­
kil olundu. Həm Müvəqqəti hökumətin yerli orqan­
larında, həm də sovetlərdə daşnaklar üstünlüyü ələ
aldılar. 1917-ci il sentyabrın sonlarında daşnaklar Tif­
lisdə “Erməni milli müşavirəsi” çağırdılar. Müşavirə­
də Erməni milli şurası (sədr A.Aqaronyan) təşkil
edildi. İrəvan şəhərində və quberniyanın qəzalarında
da mil­li şuraların təşkil olunmasına başlandı. Erməni
Azərbaycan xalçaları / İrəvan QRUPU
1...,11,12,13,14,15,16,17,18,19,20 22,23,24,25,26,27,28,29,30,31,...116